Bəhreyn rejimi daha bir Əhli-beyt (ə) alimini həbs etdi
Posted on : Digər sahələr 07/30/2019
Bəhreyninn baş prokuroru Əhli-beyt (ə) alimi Şeyx Əbdül Nəbi Əl-Naşabahın həbs edilməsi barədə əmr verib.
Bəhreyninn baş prokuroru Əhli-beyt (ə) alimi Şeyx Əbdül Nəbi Əl-Naşabahın həbs edilməsi barədə əmr verib.
Tashaio.com LualuaTV-yə istinadən xəbər verir ki, Şeyx Əl-Naşabah ilkin istintaqın gedişində 15 gün müddətinə həbs edilib.
Bəhreyn İnsan Hüquqları Mərkəzinin (BCHR) verdiyi məlumata görə, Əhli-Beyt (ə) alimi bir dini təriqəti təhqir etməkdə ittiham olunur.
Şeyx Əl-Naşabah Ali Xəlifə rejimi tərəfindən oxşar iddialara görə ilk dəfə deyil ki həbs olunur.
Son illərdə Ali Xəlifə rejimi onlarla Əhli-Beyt (ə) aliminə müxtəlif ittihamlarla həbs edib.