header

 İran və "beşlik" ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək

İran, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya xarici işlər nazirləri yaxın tarixdə görüşə bilər.

İran, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya xarici işlər nazirləri yaxın tarixdə görüşə bilər.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Vyanada İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) çərçivəsində komissiyanın növbəti iclasından sonra bu ölkənin Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas Arakçı bildirib.

 

A. Arakçı jurnalistlərə açıqlamasında deyib ki, iclasda 5 ölkənin xarici işlər nazirlərinin görüşü barədə müzakirə aparılıb: "Görüş yaxın vaxtda təşkil oluna bilər. Görüşün dəqiq tarixi müəyyənləşməyib. Ancaq biz belə bir görüşün təşkili barədə qərar verdik və bu görüş uğurlu ola bilər. Bunun üçün bizə görüşə yaxşı hazırlaşmaq lazımdır".

 

İran Xarici işlər nazirinin müavini komissiyanın iclasının məhsuldar və konstruktiv keçdiyini də söyləyib: "Mən deyə bilmərəm ki, bütün məsələləri tənzimlədik. Ancaq tərəflər HBFP-yə sadiqliklərini təsdiqlədilər".

 

İclasda tərəflər Hörmüz və Cəbəllütarix boğazlarında tankerlərin saxlanılması məsələsinə də toxunublar. A. Arakçı İranın sərbəst neft ixrac etmək hüququnun olduğunu və bunu iclasda bir daha bəyan etdiklərini vurğulayıb.

 

Qeyd edək ki, 2016-cı ilin yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın İranla ticari əlaqələri davam etdirəcəyi barədə vədlərini yerinə yetirmədiyini bəyan edərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 gün ərzində yerinə yetirməyəcəyini bəyan edib. İran iyulun 7-dən başlayaraq uranın razılaşmada nəzərdə tutulandan yüksək səviyyədə zənginləşdirilməsinə başladığını açıqlayıb.

İran, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya xarici işlər nazirləri yaxın tarixdə görüşə bilər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-29-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap