header

 Ali Dini Rəhbərin hərbi müşaviri: “Tramp rəhbərliyi ilə heç bir şəraitdə müzakirə etməyəcəyik”

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin hərbi müşaviri Hüseyn Dehqan ABŞ-ın prezidenti Donald Tramp rəhbərliyi ilə heç bir şəraitdə müzakirə etməyəcəklərini və mümkün müharibə vəziyyətində ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə alacaqlarını bildirib.

Tashaio.com xəbər verir ki, Hüseyn Dehqan Al-Jazeera telekanalına verdiyi müsahibəsində, Fars körfəzindəki gərginlik və Tehran ilə Vaşinqtonun müzakirə ehtimalını qiymətləndirib.

Böyük Britaniyanın Fars körfəzindəki nəqliyyatın təhlükəsizliyini təmin etmək üçün Avropanın rəhbərliyi altında bir koalisiya yaratmaq təklifinə toxunan Dehqan, belə danışıb: “Hörmüz boğazının statusunda hər hansı dəyişiklik təhlükəli qarşılaşmanın qapılarını aça bilər. Hörmüz boğazında ya hamı boğazın təhlükəsizliyindən istifadə edərək, neftini sata bilsin, ya da heç kəs neft satmasın. İranın tələbi budur”.

Mövcud ABŞ rəhbərliyi ilə heç bir mövzuda müzakirə etməyəcəklərini bildirən Dehqan, belə deyib: “Tramp rəhbərliyi ilə heç bir şəraitdə müzakirə etməyəcəyik. Müharibə təhdidləri də yalandır. Əgər Vaşinqton müharibəyə girməyə qərar verərsə, ABŞ qüvvələrinin bölgədəki bütün bazaları və birlikləri hədəfə alınacaq”.

Dehqan, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəhbərliyinin İranın milli təhlükəsizliyinə təhdid yaratdığını söyləyib.

İran rəsmisi mövzuyla bağlı bunları deyib: “Abu Dabi İranın milli təhlükəsizliyinə zərbə vurmaq istəyən amerikalıların mərkəzinə çevrilib”.

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin hərbi müşaviri Hüseyn Dehqan ABŞ-ın prezidenti Donald Tramp rəhbərliyi ilə heç bir şəraitdə müzakirə etməyəcəklərini və mümkün müharibə vəziyyətində ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə alacaqlarını bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-25-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap