header

 Özündən razı olanlar

Tashaio.com günün hədisini təqdim edir:

 

İmam Əli (ə):

مَنْ رَضِيَ عَنْ نَفْسِهِ كَثُرَ السَّاخِطُ عَلَيْهِ

“Əgər kimsə özündən razı olarsa, ondan narazı olanların sayı da çox olacaqdır.”

(“Nəhcül-bəlağə”, qısa kəlamlar 6.)

Qısa izah

Həyatın davamı üçün orta həddə insanın özünə məhəbbət və ehtiramın zəruriliyinə rəğmən, bu məsələ ifrat dərəcədə olarsa, eqoizm və xudbinliyə gətirib çıxaracaqdır.

Təkəbbürlü və özündənrazı şəxslər öz eyib və nöqsanlarını görmür, özlərini vəzifəsini bilən, dostluğa layiq, fəal, qüsursuz və cəmiyyətin sağlam bir fərdi hesab edirlər. Bu səbədən, onların digərlərindən özlərinə nisbətdə qayğı və müsbət münasibətinə olan intizarı daha çoxdur. Həqiqətdə, belə düşüncə və təfəkkür tərzi insanların onlara qarşı qəzəb və hiddətini artırır və nəticədə, həmin şəxslər tək-tənha qalırlar.

Maide.az – Maarif bölümü

 

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-25-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap