Əl-Həşduş Şəbinin bazasına hücumda İsrail rejimi və ABŞ izi
Posted on : Digər sahələr 07/22/2019
Etibarlı mənbələr İraqın könüllü xalq qüvvələri ordusu kimi tanınan Əl-Həşduş Şəbinin Səlahəddin əyalətində yerləşən Əmirli bazasına təşkil olunan hücumda İsrail rejiminin əlinin olduğunu bildiriblər.
Etibarlı mənbələr İraqın könüllü xalq qüvvələri ordusu kimi tanınan Əl-Həşduş Şəbinin Səlahəddin əyalətində yerləşən Əmirli bazasına təşkil olunan hücumda İsrail rejiminin əlinin olduğunu bildiriblər.
Tashaio.com Parstoday-a istinadən xəbər verir ki, iyulun 19-u bir pilotsuz uçuş aparatının (PUA) Əmirli bazasına etdiyi hücumda bir nəfər həlak olmuş, iki nəfər də yaralanmışdı.
Etibarlı mənbələr iyulun 21-i Əl-Əhd xəbər saytına verdikləri açıqlamada, bu təcavüzün Harop tipli PUA ilə edildiyini və bunun İsrail rejiminin istehsalı olduğunu bildiriblər.
Uzaqdan idarə edilə bilən həmin PUA-lar, eyni zamanda müxtəlif bombalarla təchiz edilir. Xəbər mənbələrinə görə, bölgədə yalnız sionist İsrail rejiminin Harop modelli PUA-lara malikdir.
Əl-Həşduş Şəbinin 16-cı briqadasının tabeliyindəki Qasım hərbi düşərgəsinə edilən PUA-lı hücuma görə ABŞ ittiham edilir.
Əl-Həşduş Şəbinin komandiri Zəki Muradlı Sputnik-ə verdiyi açıqlamasında bunları qeyd edib: “Dünən hərbi bazamıza edilən hücum ilə bağlı istintaqa başladıq. Aldığımız məlumatlara görə, hücum ABŞ tərəfindən edilib. Hücum texnikası İŞİD-in deyil. Hücumun ABŞ tərəfindən təşkil edilmiş ola biləcəyini düşünürük, çünki hava hücumları onların üsuludur. Hücum Əl-Həşduş Şəbinin türkmən qüvvələrinə qarşı edilmişdi. Silah anbarımıza hücum olunmuşdu. Hücum nəticəsində üç adamımız yaralandı, biri həyatını itirdi”.