İranın kəşfiyyat naziri: “ABŞ və xarici ölkə cəsuslarını həbs etdik”
Posted on : iran 07/22/2019
İranın kəşfiyyat naziri Mahmud Ələvi ölkədə ABŞ və xarici ölkələr üçün casusluq edənlərin saxlanıldığını bildirib.
İranın kəşfiyyat naziri Mahmud Ələvi ölkədə ABŞ və xarici ölkələr üçün casusluq edənlərin saxlanıldığını bildirib.
Tashaio.com İSNA-ya istinadən xəbər verir ki, paytaxt Tehranda hökumət toplantısından sonra mətbuat mənsublarına açıqlama verən Ələvi, belə deyib: “Müxtəlif sahələrdə və mühüm mərkəzlərdə ABŞ və xarici ölkələr adına casusluq edən şəxsləri müəyyən etdik. Saxlanma prosedurlarından sonra ədliyyə orqanlarına təhvil verdik”.
Ələvi casusluqla ittiham olunan şəxslərin neçə nəfər olması barədə məlumat verməsə də, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün fəaliyyət göstərdiyi bildirilən şəxslərin şəxsiyyətlərinin sabah açıqlanacağını qeyd edib.