header

 Ayətullah Xamenei: İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq

Xəbər verdiyimiz kimi, Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkənin imam-cümələri ilə bu gün ölkənin müxtəlif şəhər və vilayətlərinin imamcümələri ilə görüşüb.

Xəbər verdiyimiz kimi, Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkənin imam-cümələri ilə bu gün  ölkənin müxtəlif şəhər və vilayətlərinin imamcümələri ilə görüşüb. 
 
Tashaio.com “Leader.ir”ə istinadla xəbər verir ki, görüş İslam İnqilabından sonra ilk cümə namazının qılınmasının 40-cı ildönümü münasibətilə baş tutub. 
 
Görüşdə Ayətullah Xamenei  cümə namazının fərdi, ictimai, siyasi, dini və beynəlxalq baxımdan olduqca mühüm və təsiredici rola malik olduğunu vurğulayıb 
 
Ali Rəhbər Ayətullah Xamenei çıxışında Avropalıların tələbkar hərəkətlərini  və Hərtərəfli Birgə Fəaliyyət Planının 11 maddəsi ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələrini tənqid edib.  "İran HBFP-də öz öhdəliyinə əməl edib. Hazırda onların rəftar tərzinə görə öhdəliklərimizi azaltmışıq  Avropalılar həyasızcasına  deyirlər bunu niyə edirsiz.  Siz Avropalılar öz öhdəliklərinizdən heç birini etməməsiz , hansı haqla bizdən istəyirsiz öhdəliklərimizə sadiq qalaq?  Bilin ki, biz öhdəliklərimizi azaltmağa yeni başlamışıq, bu prosesi davam edəcək”.
 
Avropa ölkələrinin ən pis xüsusiyyəti təkəbbürlü olmalarıdır deyən Ali Rəhbər bildirib ki, qarşılarında zəif bir ölkə olsa bu işə yarayır. Amma qarşılarında Avropanı yaxşı tanıyan və dimdik duran ölkə varsa, Qərb məğlub olur. 
 
Britaniya tərəfindən İran gəmisinin saxlanılmasını dəniz qudurluğu adlandıran Ali Rəhbər  bu addımı sərt tənqid edib və bildirib ki, İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq. “Onlar öz xəbisliklərini aşkar şəkildə edirlər. Bizim gəmimizi  dəniz quldurluğu edərək qaçırır lakin çalışırlar buna qanuni don geyindirsinlər.  Onların bu addımı cavabsız qalmayacaq. Lazimi  yerdə onlara cavab veriləcək”.
 
Görüşdə çıxışının davamında Ayətullah Xamenei  cümə namazının əhəmiyyətindən danışıb və cümə namazı imamlarına tövsiyələr verib. 
 
“Bilin ki, Cümə namazı  ağır və böyük məsuliyyətdir. Özünəməxsus xüsusiyyəti var və bu imkanın  qədrini bilməlisiz.  Bu günki cəmiyyətin  əsas ehtiyaclarından biri təqvadır.  Təqva bütün maddi və mənəvi  problemlərin həlli üçün zəmin yaradır. Cümə namazlarının xütbələrinəd bu haqda çoxlu danışılması zəruridir". 
 
Ayətulllah Xamenei sosial şəbəkələrdə də təqvaya əməl olunmağın bu günki cəmiyyətin  ehtiyaclarından biri adlandırıb.  “Bu gün  bizim problemlərimizdən biri sosial şəbəkələrdə  yalan, şaiyə,  töhmət və bu kimi məsələlərin geniş yayılmasıdır.  Cümə namazlarında  sosial şəbəkələrdə də təqvaya əməl olunması haqda maarifləndirilmə aparılmalıdır. 
 
Xəbər verdiyimiz kimi, Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkənin imam-cümələri ilə bu gün ölkənin müxtəlif şəhər və vilayətlərinin imamcümələri ilə görüşüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap