header

 Seyyid Həsən Nəsrullah: ’Yeni müharibə İsrailin məhvi deməkdir‘

“Düşmən bilir ki, daha tez qələbə çala bilməyəcək və onlar bilirlər ki, yeni müharibə başladarlarsa İsrail məhv olacaq.”

“Düşmən bilir ki, daha tez qələbə çala bilməyəcək və onlar bilirlər ki, yeni müharibə başladarlarsa  İsrail  məhv olacaq.” 
 
Tashaio.com İQNA-a istinadla xəbər verir ki, bunu Livanın "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən axşam saatlarında televiziya vasitəsilə çıxışında deyib. 
 
Seyid Həsən Nəsrullah çıxışı zamanı müqavimətdən, sanksiyalardan, təzyiqlərdən, "Hizbullah"ın hərbi gücündən və işğalçı İsrail rejimindən danışıb. 
 
Ötən 13 il ərzində sanksiyalara baxmayaraq Müqavimət qüvvələrinin  hər gün daha da gücləndiyini və inkişaf etdiyini bildirən H.Nəsrullah qeyd edib ki, bu gün Livanda olan  sabitliyi xalq və müqavimət qüvvələri əldə edib.  “Biz təhsil, hərbi və mənəvi sahələrdə də inkişaflar əldə etmişik. Bu gün özünəməxsus hücum gücümüz var və xüsusi silahlarla silahlanmışıq”. 
 
 O qeyd edib ki,  2006-cı ildə  (33 günlük müharibə dövründə)  bizim hücum  gücümüz məhdud idi lakin bu gün  xüsusi təlim keçmiş hücum qüvvələrimiz var. “Əminəm ki,  İsrailin evi hörümçək evindən də zəifdir və bunun üçün elmi sübutum da var.” 
 
 Seyid Həsən Nəsrullah bildirib ki, "Hizbullah" hərəkatı sahib olduğu raketlərdən istifadə edərsə işğalçı İsrail rejimii daş dövrünə qaytaracaq.   "İsrail son vaxtlar havadan və sudan Livana qarşı sərhəd pozuntuları edir. Dövlət bu barədə ciddi addımlar atmadığı üçün biz bu barədə artıq bəzi şeyləri gözdən keçirməyə başlamışıq. "
 
"Yüz İlin Sövdələşməsi"nin də uğursuzluğa düçar olacağını vurğulayan Seyid Həsən Nəsrullah bildirib ki, ABŞ Qüdsü sionist rejimin paytaxtı kimi seçməklə  “Yüz ilin sövdələşməsi” layihəsinə son gülləni atıb. 
 
Seyid Həsən Nəsrullah söhbətinin davamında Fələstinin həmişə bütöv qalacağına, İranın müqavimətinə, Suriya və İraqda terrorizmin məhv edilməsinə və Yəmən müqavimət güclərinin qələbəsindən danışıb.  “Bütün bunlar göstərir ki, "əsrin müqaviləsi" layihəsinin heç bir gələcək üfüqü yoxdur və heç bir Ərəb dövləti bunun nəticələrini daşıyacaq gücdə deyil. Artıq Trampın məsləhətçisi də bu sövdələşmənin uğursuz olduğunu etiraf edib.”
“Düşmən bilir ki, daha tez qələbə çala bilməyəcək və onlar bilirlər ki, yeni müharibə başladarlarsa İsrail məhv olacaq.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-13-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap