Livandan ABŞ-a Hizbullah reaksiyası: “Verilən qərar ölkəmizə hücumdur”
Posted on : Digər sahələr 07/11/2019
ABŞ-ın Xəzinə Nazirliyinin Livan parlamentində Hizbullahın iki deputatını sanksiya siyahısına salması, Livan tərəfindən ölkəyə təcavüz kimi şərh olunub.
ABŞ-ın Xəzinə Nazirliyinin Livan parlamentində Hizbullahın iki deputatını sanksiya siyahısına salması, Livan tərəfindən ölkəyə təcavüz kimi şərh olunub.
Tashaio.com Shafaqna-ya istinadən xəbər verir ki, Livan parlamentinin spikeri Nəbih Bərri ABŞ-ın sanksiya qərarına belə reaksiya verib: “Bu parlamentə bir hücumdur və nəticə olaraq bütün Livana bir hücumdur”.
Bundan başqa, maliyyə naziri Əli Həsən Xəlil də, bir televiziya proqramında çıxış edərək, sanksiyaların maliyyə sabitliyinə xidmət etmədiyini deyib: “Livan və bankları qanunlara bağlı hərəkət edir, sanksiyaların artırılması üçün heç bir əsas yoxdur”.