header

 Kölgələr komandiri - BBC Qasim Süleymani haqda sənədli film hazırladı - VideoFoto

Məşriq - Amerikanın hərbi komandanları general Qasim Süleymaninin bugünkü Yaxın Şərqin istiqamətlənməsindəki təyinedici rolunu etiraf edirlər. Ona görə də onun şəxsiyyətinə hörmətlə yanaşmaq məcburiyyəti qarşısında qalırlar.

Məşriq - Amerikanın hərbi komandanları general Qasim Süleymaninin bugünkü Yaxın Şərqin istiqamətlənməsindəki təyinedici rolunu etiraf edirlər. Ona görə də onun şəxsiyyətinə hörmətlə yanaşmaq məcburiyyəti qarşısında qalırlar.
İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələrinin komandanı və İranın güclü qolu Hacı Qasim Süleymaninin Yaxın Şərq hadisələrini idarə edə bilməsi barədə çoxlu hesabatlar və sənədli filmlər hazırlanmışdır, dost və düşmən onu daha çox tanıtmaq üçün fərqli məqsədlərlə bu filmləri istehsal etmişdir. Qasim Süleymani haqqında çox bariz olan məsələ dost və düşmənin onun şəxsiyyətini tərifləməsi, müxtəlif regional sahələrdə misilsiz nüfuzuna etiraf etməsidir. Adi insanlar onun Yaxın Şərq hadisələrindəki təyinedici rolundan demək olar xəbərsizdir. “New Yorker” jurnalının yazıçısı Dexter Filkins iranlı komandiri tanıtmaq üçün yazdığı 10 min sözlük məqalədə ona “Kölgələr komandiri”, ya “Gizli komandir” (Shadow Commander) ləqəbini verir. (1) 
Bu ləqəb sonralar dəfələrlə Amerikanın “Atlantik” jurnalı (2) və digər medialarından tutmuş Fransanın “France 24” (3) və başqa ölkələrin məşhur medialarında təkrar olunur. Beləliklə, “Yaxın Şərqi yenidən senariləşdirən iranlı komandir” adı ilə Qasim Süleymaninin nisbətən gizli planlarına təkid olunur.

 

2019-cu ilin mart ayının ortalarında İngiltərənin “BBC 2” telekanalı da “Kölgələr komandiri: İran hərbisinin düşünən beyni” (4) adlı sənədli film yayımladı və bu filmdə bir daha general Süleymaninin Yaxın Şərq hadisələrində roluna, Amerikanın Devid Petreus, Stenli Makkristal yüksək çinli general və rəsmilərinin Qasim Süleymaninin şəxsiyyəti, yaxud onunla qarşılaşmada təcrübələri üzərində təkid edildi.
Qeyd edək ki, BBC-nin hazırladığı sənədli filmdəki məlumatlar saytımız (Məşriq) tərəfindən nə təsdiq, nə də inkar olunur. Məqsədimiz yalnız filmin məzmununu çatdırmaqdır.
BBC-nin təqdim etdiyi sənədli film təqribən 60 dəqiqədir. Filmi 6 hissədə materialın sonunda verilmiş linklərdən yükləmək olar, habelə həmin link vasitəsilə filmə birbaşa baxa bilərsiniz.

İranlıların qəhrəmanı, amerikalıların anti-qəhrəmanı
Filmdə Qasim Süleymaninin gənclik fotosu nümayiş etdirilir, 1996-1998-ci illərdə Mossadın direktoru və 1999-2001-ci illərdə sionist rejim baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Dani Yatomun bu sözləri ilə başlayır:

“Hər vaxt İranın (dünyanın hər harasındasa hərbi) müdaxiləsindən söhbət gedirsə, onun arxasındakı düşünən beyin Qasim Süleymanidir. Bu müdaxilələrə rəhbərlik edən də Qasim Süleymanidir.”
Bunun ardınca filmi səsləndirən deyir:
“İnsanların çoxu onun barəsində heç nə eşitməyiblər. Lakin o, on illərdir ki, pərdə arxasında Yaxın Şərqin (gəlincik) iplərini çəkir.”
Filmin davamında Amerikanın İraqdakı koalisiya qüvvələrinə rəhbərlik etmiş, 2010-2011-ci illərdə Əfqanıstandakı NATO qoşunlarının komandanı olmuş dörd ulduzlu (ABŞ ordusunda ən yüksək hərbi rütbə) Devid Petreusun Qasim Süleymani ilə bağlı fikirləri təqdim edilir:
“Biz Qasim Süleymanini çox güclü, karizmatik, bacarıqlı, peşəkarlıq cəhətdən layiqli... (amerikalılar baxışından isə) şər bir qüvvə gördük.”
Amerikanın İraq, Əfqanıstan, Suriya, Livan və Yaxın Şərqin bir sıra ölkələrində səfir olmuş Ryan Crocker deyir:
“Qasim Süleymanini Yaxın Şərqin müasir siyasətlərinin Darth Vaderi adlandıra bilərik. (Darth Vader “Ulduz müharibələri” filmlərinin əsas və sirli anti-qəhrəman obrazıdır, amma əvvəllər filmin qəhrəmanı olmuşdur)”.

Qasim Süleymani İraq-İran müharibəsində
Film İran İslam İnqilabının ilk illərindən və Süleymaninin yeni yaradılmış Sepah hərbi qüvvələrinə üzv olmasından söz açır.

Nəcəf Elmi Hövzəsinin alimlərindən olan Şeyx Cəlaləddin Səğir onun Müqəddəs Müdafiə dövründə cəbhədə iştirakı barədə deyir: 
“O, döyüş meydanında çox şücaətli idi. Bir dəfə ağır yaralanmışdı. Xəstəxanadan qaçdı, amma evə deyil, döyüş meydanına! Cəbhələrdə öz şücaəti ilə fövqəladə şəkildə məşhurlaşmışdı.”
Filmi səsləndirən deyir: 
“Səddamla müharibədə 1 milyon iranlının həlak olmasına baxmayaraq, Süleymani bu müharibədə diri qaldı və hər yerdə onun barəsində “canlı şəhid” əfsanəsi formalaşdı.”

 

11 sentyabr və Hacı Qasim praqmatizmi
BBC iddia edir ki, 11 sentyabr hadisələrindən sonra İran və Amerikanın terrorizmlə mübarizədə müştərək mübarizə aparmaq üçün yaranmış fürsətə diqqət etməklə, Qasim Süleymani Sepah-ın Qüds qüvvələrinin komandiri kimi bir nəfər iranlı diplomatı bu məsələ ilə bağlı amerikalılarla müzakirəyə göndərmişdi.

O vaxtlar diplomat kimi fəaliyyət göstərən Ryan Crocker deyir:
“11 sentyabr hadisəsindən 1 həftə sonra və hadisədən sonra baş tutan ilk uçuşda Talibanı məğlub etməklə bağlı yollar haqda İran nümayəndələri ilə danışıqlar aparmaq məqsədilə Cenevrəyə yola düşdüm.”
R. Crocker əlavə edir:
“(Qasim Süleymani tərəfindən gəlmiş) İranlı nümayəndə bir xəritə gətirmişdi və orada bütün Əfqanıstanda Talibanın döyüş sıraları göstərilirdi. Diplomat təklif etdi ki, əvvəl xas yerlərə hücum etmək lazımdır. Mən xəritəni kopyalamaq barədə ondan xahiş etdim. O da xəritəni mənə verdi. 
Biz həyata keçirdiyimiz bəzi işlərdə və apardığımız danışıqlarda Qasim Süleymaninin təcili işlərdə iradəsini göstərən bacarğını açıq-aşkar görürdük. Keçmiş düşmənçilik, bizim İranın başına hansı bəlaları gətirməyimiz, İranın bizə qarşı nə etməsi barədə heç bir söhbət olmudu. Mövzu yalnız hazırkı mübarizəni necə irəli apara bilməyimiz barəsində idi.”
R. Crocker 11 sentyabr hadisələrindən sonra ABŞ-ın o vaxtkı prezidenti Corc Buşun İran əleyhinə çıxışını və İranı “şər yuvası” adlandırmasını tənqid edərək deyir:
“Buşun bu çıxışından dərhal sonra işçilərim məni yuxudan oyadaraq dedilər: “Rəis, səni sevindirməyəcək bir hadisə olub.” Onlar düz deyirdilər. Mən Buşun bu sözlərindən sevinmədim. “Şər yuvası” çıxışı sözün əsl mənasında, bazar günü Əfqanıstanda İranla anlaşma qapılarını bağladı. Halbuki, bu anlaşma tamamilə nəzərəçarpan və Amerika-İran münasibətlərində tamamilə fərqli bir fəslin perespektivini diri saxlayan bir qapı idi və bu qapı o gündən indiyədək hələ də açılmayıb.”

 

Amerikalıların Qasim Süleymaninin kartejinə hücumu
2003-cü mart ayının sonlarında Amerikanın Bağdada hücum əməliyyatında İraqa gəlmiş Devid Petreus İranın İraqda qabaqcadan hazırlanmış planlarına toxunur. BBC bu planı “Qasim Süleymaninin xəlvət həyatına qüvvə göndərilməsi” adlandırır.

2003-2006-cı illərdə Amerikanın İraqda xüsusi əməliyyatlarının komandiri olmuş Stenli Makkristal bu barədə deyir: “Amerikanın İraqa hücumu ilə İran özlüyündə belə düşündü ki, amerikalılar indi ölkənin şərq, qərb və cənubundadır. Həmin dövr İran baxışından çox təhdidli ola bilərdi. İran Səddamın devriləcəyi surətdə amerikalıların İraqda hüzurundan və sabitsizlik yaradacağından narahat idi.”
BBC deyir: “Qasim Süleymani komandir və İran hərbisinin əsas strateqi idi. Lakin qərbdə çox az kəşfiyyat komandiri onu tanıyırdı.”
CİA-nın sabiq komandiri John Maguire bu barədə deyir: 
“Mən bir dəfə Qasim Süleymani ilə qarşılaşdım. İstəmədən baş verən hadisə. O, bir partizan komandiridən gözlədiyiniz kimi deyil. O, ütülənmiş, güclü, bacarıqlı bir kişidir. Görkəmli bir komandirin xüsusiyyətləri onda vardır. Peşəkar bir insandır.”
BBC İraqın şiə cəmiyyətinə diqqət etməklə İranın bu ölkədə həmişə nüfuz sahibi olmasını desə də, İran hərbi müşavirlərinin İraqda hüzurundakı dönüş nöqtələrindən birinə toxunmaq məqsədilə bu ölkənin sabiq baş naziri və Dəvət İslam Partiyasının rəhbəri Nuri Malikidən müsahibə alır. O zaman təzə baş nazir seçilmiş İraq siyasətçisi deyir:
“Terrorçular İmam Əliyyən Nəqi (ə) və Həsən Əskəri (ə) hərəminə bomba qoydular və məzhəbi gərginliklər pik həddə yetişdi. Bağdad vəhşət içində idi və raketlər yağış kimi bu şəhərə yağırdı. Küçələr həlak olanların cəsədi ilə dolu idi.”

 

BBC təcavüzkar koalisiya qüvvələrinin təlafatında Qasim Süleymanini ittiham edir
BBC İraqa təcavüz etmiş koalisiya qüvvələrinin tələfat verməsində Qasim Süleymaninin komandanlığı altında olan qüvvələri və onların fəaliyyətlərini ittiham edərək deyir:
“Bu iranlı general Amerikanın terror siyahısına düşə biləcək şəxslərdən idi.” Sonra ABŞ-ın İraqdakı xüsusi əməliyyatlarının sabiq komandiri Stenli Makkristal 2006-cı ildə amerikalıların İraqın şimalında Qasim Süleymaninin də orada olduğu güman edilən bir kartejə hücumu barədə belə deyir:
“İraqa daxil olan bir karteji gördük. Verilən məlumatlara əsasən, Qasim Süleymaninin də bu kartejdə olması güman edilirdi. Bu sualı soruşurduq ki, yaxşı, indi nə edək? Bu kartejə hücum edəkmi? Onu bombalayaqmı? Yaxud heç nə etməyək? Süleymaninin bu kartejdə olmasına yüz faiz əmin deyildik. Üstəlik, bilmirdik ki, Süleymaniyə hücum etmək, yaxud onu öldürmək barədə ixtiyarımız və ya kifayət qədər məntiqi səbəbimiz var ya yox? Məsələ çox risk tələb edirdi. Bu bir anti-terror əməliyyatı deyildi ki, enək, yerdə döyüşək və atışma olsun. Bu daha çox polis əməliyyatına oxşayırdı. (Bu əməliyyatda diplomat olduqları dedikləri 5 iranlını saxladıq.) Onları dindirdikdən sonra heç birinin Qüds qüvvələrinin üzvü olmadığına əmin olduq. Bununla belə, heç vaxt həmin gecə Qasim Süleymaninin o kartejdə olub-olmaması barədə əmin ola bilmədik. Bizə elə gəlir ki, Süleymani həmin kartejdə olub. Mən sonralar onun həmin kartejdə olmamasına aid özümü qane edəcək bir sübut tapa bilmədim. Çox güman ki, həmin vaxt o, öz yolunu dəyişmişdi.”

 

Amerikalıların hücum iddiasına Qüds qüvvələrinin reaksiyası
BBC-nin iddiasına görə, sözü gedən kartejə hücumdan sonra güman edilir ki, Süleymani hadisə yerindən qaça bilmişdi. Lakin iranlıların intiqam hərəkəti dərhal və ölümcül oldu.
S. Makkristal Kərbəla əyalətində baş vermiş hücum əməliyyatı barədə öz sözünü belə davam edir:
“Hücum çox diqqətlə planlaşdırılmışdı. Amerikalı əsgərlərin yerləşdiyi daxil olmaq üçün geyim tələsindən istifadə etdilər.”
Qüds qüvvələrinin intiqam hücum əməliyyatı İraqda amerikalı qüvvələrin komandanı Petreusun sözü ilə:
“Qara rəngli gözvuran və digər xüsusiyyətlərə malik avtomobillərdən istifadə etdilər. Biz öz qüvvələrimizin yerdəyişməsi üçün bu avtomobillərdən istifadə edirdik. Bazaya daxil olanda da mühafizəçiləri aldada bilmişdilər. Faktiki olaraq heç bir problem olmadan bazaya daxil olmuşdular. Sonra da sürətlə və qəfil yaxalayıcı amillərdən istifadə edərək bir neçə amerikalını girov götürmüşdülər.”
Filmin aparıcısı deyir: 
“Beş amerikalı öz hərbi bazasında girov götürüldü. Çox cəsarətli bir əməlyyat idi.” 
Petreus davam edir:
“Kərbəla hücumu (5) gərginliyin şiddətlənməsini göstərirdi. Məsələ kalaşnikovlu yaraqlılardan getmirdi. Bu əməliyyat doğrudan da xüsusi bir əməliyyat idi və çox yaxşı təlim görmüş şəxslərin vasitəsilə son dərəcədə məharətlə həyata keçmişdi.”
BBC deyir: “Bu hücum nəticəsində 1 amerikalı əsgər həlak oldu. Bir neçə gün sonra bir avtomobildə daha 4 əsgərin cəsədi tapıldı.”
Makkristal hadisənin davamını belə danışır:
“Biz bir neçə avtomobil tapdıq. Amerikalı əsgərlərin meyiti o avtomobillərin içində idi. Onlardan biri ölməzdən əvvəl öz adını torpaq və qanla yazmışdı. Ona görə də bu əməliyyat hisləri coşdurdu. Biz çox inanırıq ki, bu əməliyyatda Qüds qüvvələrinin barmaq izi vardır.”
Aparıcı Makkristaldan soruşur: - Qasim Süleymaninin barmaq izi necə?
O deyir:
“Bizim fikrimizcə, Qüds qüvvələrinin həyata keçirdiyi hər hansı əməliyyat Qasim Süleymaninin nəzarəti altındadır. O vaxt Süleymani yavaş-yavaş hörmət edilməsi və təsirli bir şəxsə çevrilməkdə idi. Onun əfsanəvi bir şəxs olduğunu demək istəmirəm, amma deməliyəm ki, o, nəzərəçarpacaq səviyyədə nüfuza malik bir şəxs idi.”

 

İranın Yaxın Şərq siyasəti mənim əlimdədir
Filmdə vurğulanır ki, bir gün İraqın o vaxtkı prezidenti Calal Talibani İraqda Amerika qüvvələrinin komandanı general Petreusa İrandan ismarış alması barədə xəbər verir.

Petreus özü bu barədə danışır:
“Talibani dedi: Elə indicə Qasim Süleymani ilə görüşdən çıxıram.” Bu görüşün özü heyrətləndirici olmasından əlavə, həm də İraq prezidenti general Süleymanidən mənə bir ismarışı olduğunu dedi. İsmarış belə idi: “General Petreus, bilməyiniz yaxşıdır ki, mən, Qasim Süleymani İranın İraqdakı siyasətini idarə edirəm. Habelə Suriya, Əfqanıstan, Qəzzə və digər yerlərdə.” Demək istəyirdi ki, mənimlə anlaşmanız yaxşı olar. İranlı diplomatlar və digərlərini unudun, mənimlə anlaşın.
Əlbəttə, o qədər də yersiz demirdi. Çünki əgər yaxşı düşünsək, mən o vaxt İraqda bir növ ən güclü bir qəbilənin şeyxi idim (Amerika ordusunu nəzərdə tutur). 
Talibani mənə baxdı və cavab gözləyirdi. Qasim Süleymaniyə hansı cavabı verəcəyimi soruşdu. Dedim ona deyin: - Getsin, badımcan rəngləsin.
Mən bir dəstənin komandiri olan və bizim əsgərlərimizi öldürən bir ulduzlu, ya iki ulduzlu general ilə görüşmək istəmirdim. Onunla müzakirə etməyim mümkün deyildi.

 

BBC açıqlamasında deyir ki, Petreusun özünü çəkməsinə baxmayaraq daim hadisələr yaşanan Yaxın Şərqdə bəzən düşmənlər bir-birlərilə birləşməyə məcbur olur.
Film sonra 2014-cü ilin əvvəllərində İŞİD-in İraqa hücumu və Mosulun çox tez işğal altına düşməsinə toxunur.
İraqın sabiq baş naziri Nuri Maliki sənədli filmi hazırlayanlara müsahibəsində deyir:
“Amerika bizi silahla təmin etməyi dayandırdı. Bu üzdən İŞİD-lə mübarizə aparmaq üçün heç bir silahımız yox idi. Bunu çox açıq-aydın deyirəm ki, bu vaxt biz İrandan kömək istədik. İran bizim yanımızda dayandı. Buna görə biz İranı unutmarıq və təşəkkür edirik.”
Filmi səsləndirən deyir: 
“Qasim Süleymaninin qüvvələri sürətlə sərhədi keçərək kürd mübarizlərinin köməyinə gəldi.”
Filmdə Kapitan Ribin adı ilə tanıdılan peşmərgə qüvvələrinin üzvü bu barədə deyir:
“İki əsgər bizim yanımıza gəldi və iranlı olduğunu dedi. Onlar bizdən nəyə ehtiyacımız olduğnu soruşdu. Mən 9 növ silahın adını yazaraq onlara verdim. İki gün sonra silahlar bizə çatdırıldı.” 
Davamında peşmərgənin yüksək çinli komandirlərindən olan Məhəmməd Mahmud deyir: 
“İranın üç təyyarəsi Ərbil aeroportunda yerə endi. Onlar silahla dolu idi. Bir neçə saatdan sonra iranlı qüvvələr və peşmərgənin birgə keçirdiyi əməliyyat nəticəsində əvvəllər bizim əlimizdə olmuş (sonradan İŞİD tərəfindən işğal edilmiş) bir sıra bölgələdə nəzarəti ələ aldıq. İranın bizə verdiyi silahların hamısı Qasim Süleymani tərəfindən təsdiq olunmalı idi.”
Filmin davamında İŞİD-ə qarşı döyüşən şiə qruplarından biri “Əsaibu Əhl əl-Həqq” Hərəkatının baş katibi Qeys Xəzəli də terrorçu qrupların Bağdada hücumundan sonra İranın İraqa dəstək verməsi barədə deyir:
“İran İŞİD-ə qarşı döyüşdə İraqa dəstək verdi. Bu dəstək çox sürətli və güclü idi. Döyüşün məsuliyyətini öhdəsinə alan əsas şəxs Qasim Süleymani idi.”
BBC deyir:
“Yenə Qasim Süleymani ipləri çəkirdi (siyasi məsələləri idarə edirdi). Amma bu dəfə yavaş-yavaş kölgədən çıxdı.”
CİA komandirlərindən olmuş John Maguire deyir: 
“Qasim Süleymani burada, orada, hər yerdə idi. Öz aramızda zarafatla deyirdik ki, Qasim Süleymani “Valdo haradadır” kitabı olub. (“Valdo haradadır” adlı məşhur kitab rəsmlərdə doludur və uşaqlar həmin rəsmlər arasında Valdonu tapmalıdır.) Əvvəllər olmadığı, ən azından bəlli şəkildə olmadığı yerdə birdən peyda olur.”

 

Qasim Süleymani dost və düşmənin sözü ilə
BBC-nin hazırladığı sənədli filmin bir hissəsində Məhəmməd Mahmud Hacı Qasimin rəftarı ilə bağlı xatirəsini danışaraq deyir:

“Biz komandanlıq qərargahına getdik. Bir az sonra Hacı Qasim və qüvvələri gəldilər. Əməkdaşlarımız dedilər ki, Hacı Qasim burada olduğu üçün şəkil çəkmək olmaz. Amma biz şəkil çəkdirdikdə onun özü buna etiraz etmədi.”
Nəcəf Elmi Hövzəsinin alimlərindən olan Cəlaləddin Səğir deyir:
“Süleymani əsgərlərlə davranışda çox təvazökar idi. Bu məsələ əsgərlər arasında onun sevimliliyini göylərə qaldırmışdı. Onu iranlı bir rəsmi yox, onların özləri kimi döyüşən müqəddəs bir mübariz görürdülər. Süleymani mənəvi və idealist bir şəxs idi. O, hərbi komandirlərdə adətən gördüyümüz quru şəxsiyyətlərdən fərqli idi.”

 

Eyni halda John Maguire etiraf edir:
“25 yaşlı və gülləkeçməz jilet geyinmədən silahlı bir qrupda döyüşən əsgər, öz atası yaşında komandirinin tək köynəklə döyüş meydanında gəzdiyini gördükdə ruhlanmaması necə mümkündür?! Bu hərəkət əsgərə ilham verir. Komandirində zərrə qədər də qorxu olmadığını gördükdə özünün də onun kimi olmasına çalışır. Mən inanıram ki, Süleymani kimi şəxslər özləri öz təqdirlərini yazırlar. Öləndə də yaxşı ölümlə ölürlər. Onların bu mövzuda (məsələn biz amerikalılarla müqayisədə) fərqli baxışları vardır. Onlar ilahi bir vəzifəni yerinə yetirdiklərinə inanırlar.”
BBC bir daha “düşmənin müttəfiqə çevrilməsi” mövzusuna qayıdır, İranın köməklərindən sonra Amerika və İngiltərənin İŞİD əleyhinə mübarizədə birləşməsinə toxunaraq deyir: “Bu dəfə özlərini İran və Qasim Süleymaninin tərəfində gördülər.”
Makkristal bu barədə deyir: 
“İŞİD adlı şər və şeytansifət bir varlığın zühur etməsi ilə Süleymaninin rolu onların qarşısında Ağ cəngavər (White knight) olmuşdur. Müəyyən həddə belə nəzərə gəlir ki, Süleymani və Amerika müttəfiq oldu. Lakin bu iki tərəf çox məhdud bir zamanda və qərblə bağlı məsələdə bir-birinin yanında oldu.” 
BBC əlavə edir: 
“İŞİD-i İraqdan qovmaq üçün 5 il vaxt və beynəlxalq fövqəladə koalisiya lazım idi. Sözsüz ki, qərb bu uğuru Qasim Süleymaniyə borcludur. 
Süleymani kölgələr dünyasının daxilindəki şəxsiyyətdən İran və bütün regionda inqilabçı bir simvola çevrildi.”

 

Qasim Süleymani müqavimət simvolu
ABŞ-ın İraqda və Yaxın Şərqin bir sıra ölkələrində səfir olmuş Ryan Crocker deyir:

“Qasim Süleymaninin kölgələr komandirliyindən “şənbə gecəsinin canlı verlişinin ulduzu”a (ABŞ-ın ən məşhur televiziya verlişi) çevrilməsi heyrətli bir dəyişiklik idi. Çox güman ki, o və İranın ali rəhbəri bu nəticəyə çatmışdılar ki, Süleymaniyə həqiqi sima və rol vermək lazımdır.”
Petreus deyir: 
“Bu məsələ göstərirdi ki, Süleymaninin nüfuz və təsiri hədsizdir. Siz döyüşdə “qalib general” statusunda olduqda nüfuzunuz da mütləq nəzərə çarpacaq həddə artır.”

 

“Əvvəl Amerika ilə döyüşdü. İndi də İŞİD-i məhv edir” Amerikanın “Newsweek” jurnalının üz qabığının “Məğlubedilməz düşmən” adlı şəkili

“Mən sizin rəqibinizəm” - Süleymaninin Yaxın Şərqdə rolu
BBC etiraf edir:

“Qasim Süleymaninin qələbələri İraqla bitmir. Kölgələr komandiri qonşu ölkə Suriyada da uzunmüddətli daxili müharibədə əsas rol ifa edir.”
Petreus Suriya məsələlərində Qasim Süleymeninin rolu haqda deyir:
“Suriya hökuməti bəzi vaxtlarda dağılmaq üzrə idi. Əvvəl Qüds qüvvələri, sonra da bir sıra iranlı qüvvələr onun köməyinə gəldi. Daha sonra Livan Hizbullahı nəzərə çarpan qabiliyyətlərlə onlara qoşuldu. Bundan sonra region ölkələrindən şiə qüvvələrini Suriyaya gətirdilər.”
Crocker davam edir: “Suriya hadisələri başladıqda heç bir şübhə etmədiyim bir məsələ var idi: İran Əsəd dövlətinin devrilməsinə icazə verməyəcək. İran Suriyanın inandığı tək müttəfiq idi.”
Makkristal bu barədə əlavə edir: 
“Belə düşünürəm ki, Süleymani Əsəd dövlətinin qurtuluşunda həyati və çox əhəmiyyətli rol oynadı. Təqribən, Əsədin özünə güvənməsi və o 2-3 illik tufan qarşısında müqavimət göstərə bilməsi qeyri-mümkün idi. Doğrudan da onun hökumətinin dağılacağı gözlənilirdi.”

 
Filmi səslədirən deyir:
“Süleymaninin geniş strategiyası İranın Yaxın Şərqdə nüfuzunu artırdı. İraqda dövlət şiə çoxluğunun təsiri altındadır və dövlətin İranla yaxın münasibətləri mövcuddur. Suriyada İranın müttəfiqi, yəni Əsəd sarsılmış ölkəyə başçılıq edir. Livanda şiə Hizbullah qüvvələrinin gücü artmaqdadır.”
Petreus İraqda karyerasını bitirdikdən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru vəzifəsinə irəli sürüldü. Amma 1 ildən sonra öz vəzifəsindən istefa verməli oldu. Çünki araşdırmalar zamanı CİA direktorunun öz şəxsi bioqrafı yazıçı Pola Broudell ilə nikadankənar gizli sevgi münasibətində olması və ABŞ-da yalnız Petreus daxil olmaqla məhdud sayda şəxsin bildiyi məxfi sənədləri ona verməsi məlum olmuşdu.
Amerikalı komandir CİA rəhbəri olduğu vaxtlarda Qasim Süleymaninin fəaliyyətləri haqda məlumatından danışır:
“Mən CİA-nın direktoru oldum. Regionda həyata keçən bütün hərəkətləri tamamilə gözümün qarşısında görə bilirdim. Süleymani “şiə hilalını” birləşdirmək üçün həyata keçən fəaliyyətlərin əsas mühəndisi idi. O, ilk dəfə olaraq İran və Livan Hizbullahı arasında hava yoluna o qədər də ehtiyac olmaması üçün quru yol əlaqəsi yaratmağa təlaş edirdi. ”

 

Sionistlər iddia edirlər ki, İran Livan Hizbullahına silah göndərmək üçün İraq və Suriya ərazisi vasitəsilə quru yol koridoru yaratmağa səy edir.

Qasim Süleymani və Qüds qüvvələrinin son hədəfi
BBC deyir:

“Süleymani hal-hazırda öz fikrini son hədəf üzərində toplayıb. Amerikanın müttəfiqi, kiçik şeytan İsrail.”
Mossad-ın sabiq direktoru Dani Yatom bu barədə deyir: 
“Qasim Süleymani Tehranı İraq vasitəsilə Aralıq dənizində Suriya sahillərinə birləşdirəcək koridor yaratmağa başladı. Bu yolla yük təyyarəsindən daha çox silah sistemləri daşımaq mümkündür. Üstəlik, bu iş onlara İsraili mühasirəyə almağa kömək edir.”
BBC deyir:
“Qüds, Yerusəlimin ərəbcə adıdır. Qasim Süleymani Qüds qüvvələri və ya Yerusəlim qüvvələrinin komandanıdır. Onların məqsədi nədir? Müqəddəs şəhəri (Beytül-Müqəddəs) azad etmək və İsraili məğlub etmək.”
Yatom daha sonra deyir:
“İran rəsmiləri dəfələrlə İsrailin xəritədən məhv olmasını dilə gətiriblər. Biz buna icazə verməyəcəyik.”

 

BBC qərb dövlətlərinin iddiasını təkrar edərək deyir:
“İsrail şimal və cənubda Qasim Süleymaninin vasitə qüvvələri ilə üzləşibdir. O, fələstinli silahlı dəstələrə silah verib və İsrailin İordan çayının qərb sahilini işğal etməsi qarşısında uzunmüddətli mübarizədə fələstinlilərə dəstək verib. İsraillilər deyirlər ki, Livanda da İran texnologiyası (sel kimi) müttəfiqləri Hizbullaha tərəf axır. İranın İraqda şiə silahlı dəstələrinə kömək etdiyi kimi.”
Yatom əlavə edir: 
“İranlıların son vaxtlarda təlaşları Hizbullah raketlərini dəyişmək və bu raketlərin diqqətini yüksəltmək olmuşdur. Bu cəbhədə baş verənlərə diqqət etməliyik. Çünki Hizbullah bugün təqribən 120-150 raketə malikdir.”
BBC Əsaib əl-Həqq Hərəkatının baş katibi Qeys Xəzəlinin (filmdə o, İraqda Qasim Süleymaninin köhnə dostu kimi tanıdılır) Livanda sionist rejimlə sərhədlərində hüzuruna toxunur və Xəzəlinin videosunu yayımlayır. Bu videoda Xəzəli deyir:
“Biz İslam düşməni İsrailin zalımcasına işğalçılığı qarşısında Livan xalqını və Fələstin ideyalarını dəstəkləmək üçün tam hazır olduğumuzu elan edirik.”

 
Əsaib əl-Həqq Hərəkatının baş katibi Qeys Xəzəli (solda) Livan sərhədində işğal edilmiş ərazilərə baxır

BBC sionist rejimin 50 ildir ki, Suriyanın Qolan yüksəkliklərini işğal etdiyini etiraf edir, bu bölgənin hal-hazırda İran və sionist rejim arasında yeni cəbhəyə çevrildiyindən danışır:
“Qasim Süleymani Suriya ərazisindən İsrailin müdafiə layihələrini araşdırmağa başlayıb.”
Sənədli film sonda Hacı Qasimin İran İslam Respublikasının düşmənlərinə, xüsusilə də ABŞ prezidenti Donald Trampa səsləndiyi tarixi çıxışını yayımlayır:
“Bizmlə təhdid dili ilə danışırsız? Sizin rəqibiniz mənəm. Qüds qüvvələri sizin rəqibinizdir. Böyük səhv edirsiniz. Regionda bizim gücümüzü bilirsiniz. Bu savaşı başlayan siz ola bilərsiniz, amma onun sonunu biz təyin edərik.”

Aşağıdakı linklərdə BBC-nin hazırladığı “Kölgələr komandanı” sənədli filmi ingilis dilində 6 hissədə verilmişdir. Filmi bu linklərdən yükləyə bilərsiniz.

1. The Shadow Commander 
“Link”
2. Iran's 'Shadow Commander' Steps Into the Light “Link”
3. Iran’s 'shadow commander' steps into the spotlight “Link”
4. Shadow Commander: Iran’s Military Mastermind “Link”
5. Karbala provincial headquarters raid “Link”
Məşriq - Amerikanın hərbi komandanları general Qasim Süleymaninin bugünkü Yaxın Şərqin istiqamətlənməsindəki təyinedici rolunu etiraf edirlər. Ona görə də onun şəxsiyyətinə hörmətlə yanaşmaq məcburiyyəti qarşısında qalırlar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-10-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap