header

 Səhv etmə ki, üzr də istəməyəsən

Tashaio.com günün hədisini təqdim edir:
 
İmam Hüseyn (ə):
 
إِيَّاكَ وَ مَا تَعْتَذِرُ مِنْهُ فَإِنَّ الْمُؤْمِنَ لا يُسِيئُ وَ لا يَعْتَذِرُ وَ الْمُنَافِقُ كُلَّ يَوْمٍ يُسِيئُ وَ يَعْتَذِرُ
 
“Pis iş görmə ki, üzr istəməyə də məcbur olamayasan. Mömin pislik etməz ki, ona görə də üzr istəsin. Münafiq isə hər gün pislik edər və ona görə də üzr istəyər!”
 
(“Tuhəful-uqul”, səh.177.)
 
Qısa izah
 
İnsanın səhv və xətaya yol verməsi mümkündür. Lakin bu yerdə möminlərlə münafiqlər arasında əsas bir fərq mövcuddur. İman əhli həmişə özünü xoşagəlməz işlərdən qorumaq və günaha mürtəkib olmamağa çalışır və bilirlər ki, üzr istəmək məsələnin həlli deyil. Lakin münafiqlər heç bir yalan və pislikdən çəkinmir və ardıcıl olaraq üzr istəyirlər.
 
Belə bir addım zahirdə üzr istəyənin peşmançılığına dəlalət etsə də, batində onun əksini, yəni peşman olmadığını göstərir və bu, münafiqlik əlamətidir.
 
Hansısa bir səhv və xətaya görə üzr istəmək bəyənilən bir iş və böyüklük, amma ardıcıl olaraq yanlış addım atmaq və üzr isə münafiqlikdir və belə insanların üzrünün heç bir əhəmiyyəti yoxdur.
 
 
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap