Bu il Yəməndə vəbadan 705 nəfər dünyasını dəyişib
Posted on :
Digər sahələr
07/09/2019
Bu il Yəməndə 460 mindən çox insan vəbaya yoluxub.
Bu il Yəməndə 460 mindən çox insan vəbaya yoluxub.
Tashaio.com xarici KİV-ə istinadla xəbər verir ki, yoluxanlardan 705 nəfər artıq dünyasını dəyişib.
Statistik rəqəmləri BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Xak yoluxanlar arasında 200 min nəfərin azyaşlı oluğunu qeyd edib.
Onun sözlərinə görə, bu il qeydə alınan yoluxma halları artıq ötənilki göstəricini üstələyib:
"Ötən il vəbadan ölənlərin sayi 75 nəfər idisə, bu il artıq bu rəqəm 705 olub".
BMT nümayəndəsi ölkədə vəbanın yayılmasının subasmalar və təmiz su çatışmazlığı ilə əlaqəli olduğunu vurğulayıb.
Qeyd edək ki, vəba epidemiyası 2016-cı ilin oktyabr ayından Yəməndə geniş yayılıb. 2017-ci ildə bu ölkənin 10 əyalətində epiddemiya daha geniş yayılıb. Vəbadan paytaxt Sənada ölənlərin sayı daha çoxdur.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2017 –ci ilin may ayından indiyədək ölkənin 22 əyalətindən 20-də vəba epidemiyasına yoluxanların sayı artır.
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.
Səudiyyə Ərəbistanı rejiminin Yəməni mühasirədə saxlaması və ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.