header

 ABŞ cəsuslarına İranda ömürlük həbs və edam cəzası verildi

İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) naminə hərbi və mülki qurumlarda casusluq fəaliyyətlərində olduqları səbəbilə həbs olunan şəxslərdən ikisi uzun müddətli həbsə məhkum edilib, digərləri barəsində edam tələb olunub.

Tashaio.com Farsnews-a istinadən xəbər verir ki, İran Məhkəmə Hakimiyyətinin sözçüsü Qulam Hüseyn İsmaili ölkənin hərbi, nüvə və infrastruktur obyektlərində MKİ naminə fəaliyyətdə olduqları təsbit edilən şəbəkənin kəşfiyyat rəsmilərinin əməliyyatları nəticəsində məhv edildiyini deyib.

Həmin şəxslərdən ikisinin mülki obyektlərdə vəzifəli şəxs olduğunu, bu səbəbdən İnqilab Məhkəməsində mühakimə olunduğunu bildirən İsmaili, belə deyib: “Məhkəmə prosesinin sonunda iki nəfərə uzun müddətli həbs qərarı verilib”.

Hərbi obyektlərdəki vəzifəli şəxslərin isə hərbi məhkəmələrdə mühakimə olunduğunu bildirən İsmaili, belə danışıb: “Onlar üçün ittihamnamə hazırlanıb. Prokurorluq edam tələb edib”.

Xatırladaq ki, İran Müdafiə Nazirliyinin Hava-Kosmik Qurumunun əməkdaşı Cəlal Hacı Zəvar, MKİ üçün casusluq etməsi səbəbilə 22 iyunda edam edilmişdi.

İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) naminə hərbi və mülki qurumlarda casusluq fəaliyyətlərində olduqları səbəbilə həbs olunan şəxslərdən ikisi uzun müddətli həbsə məhkum edilib, digərləri barəsində edam tələb olunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-04-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap