header

 Yəmən Səudiyyə rejimini qorxulu silahıyla hədələdi

Yəmən Silahlı Qüvvələri ölkədə yeni istehsal olunan yerli raket sisteminin yaxın günlərdə təqdimatını keçirəcəklərini bildirib.

Yəmən Silahlı Qüvvələri ölkədə yeni istehsal olunan yerli raket sisteminin yaxın günlərdə təqdimatını keçirəcəklərini bildirib.

 

Tashaio.com-un Əl-Məsirəyə istinadən verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii yeni istehsal etdikləri raket sisteminin ölkənin Ali Siyasi Şurasının sabiq sədri Şəhid Saleh Əli Əs-Samad Müdafiə Sənayesi Sərgisində təqdim olunacağını bildirib.

 

Qüvvələrin həyati əhəmiyyətli hədəfləri vurmağı düşündüklərini bildirən sözçü, belə deyib: “Qüvvələrimiz müxtəlif silahlardan istifadə edərək, müxtəlif hədəfləri eyni anda vura bilərlər”.

 

 

General-mayor Yəhya Sərii sözlərinin davamında Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya səslənərək, belə deyib: “Sizlər heç bir formda azadlığından əl çəkməyən və bu yolda çox şəhid verən azad bir millətlə müharibə edirsiniz. Bizim millətimiz Yəmənin həqiqi yerini tapması üçün daha çox fədakarlıq etməkdən çəkinməyəcək”.

Yəmən Silahlı Qüvvələri ölkədə yeni istehsal olunan yerli raket sisteminin yaxın günlərdə təqdimatını keçirəcəklərini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-04-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap