Səudiyyə Ərəbistanı qüvvələri şiələrin yaşadığı bölgəyə basqın etdi
Posted on : Digər sahələr 07/03/2019
Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri şiələrin məskunlaşdığı Qətif bölgəsinə hücum edib.
Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri şiələrin məskunlaşdığı Qətif bölgəsinə hücum edib.
Tashaio.com "eastnews"a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanında sosial şəbəkə fəalları Qətif şəhərində keçirilən əməliyyat barədə məlumat paylaşıblar.
Səudiyyə rejim qüvvələri bir neçə evə atəş açıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində yerləşən Qətif şəhəri 2011-ci ildən etibarən siyasi məhbusların azadlığı üçün aksiyalar keçirir və rejimin yürütdüyü siyasətə etiraz edir.
2016-cı ilin yanvarından etibarən Səudiyyə rejimi məşhur şiə din xadimi Şeyx Nimri edam etdikdən sonra bölgədə vəziyyət daha da pisləşib. Bölgədə yaşayanlar tez-tez Səudiyyə əsgərlərinin basqınlarına məruz qalırlar.