header

 ‘Səudiyyə Ərəbistan dövləti Hacıların təhlükəsizliyini təmin etmək adı ilə onların işini çətinləşdirməsin’

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei cari ilin həcc ziyarətinə ölkə üzrə təşkilatçılıq edəcək rəsmi şəxslərlə görüşüb.

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  cari ilin həcc ziyarətinə ölkə üzrə təşkilatçılıq edəcək rəsmi şəxslərlə  görüşüb. 
 
Tashaio.com “leader.ir” saytına isitnadla xəbər verir ki,  bu gün səhər baş tutan görüşdə Həcc ziyarətinin önəmindən danışan Ayətullah Xamenei bildirib ki, həcc həm bəndəlik, həm də ictimai birlik, qardaşlığı və bərabərliyi nümayiş etdirir.  “Həcc toplaşmağı və əxlaqı nümayiş etdirir. Bəziləri səhv düşünərək deyir ki, Həcci siyasiləşdirməyin. Necə siyasiləşdirməyin? Vəhdət yaratmaq,  bir siyasi işdir. Fələstin xalqını müdafiə etmək, İslam dünyasının məzlumlarını o cümlədən Yəməni müdafiə etmək siyasi işdir.  Məzlumu müdafiə etmək İslamin təlimlərindəndir və vacibdir.  Müşriklərə biraət  vacibdir və bunların hamısı dinin tələbidir.” 
 
Ayətullah Xamenei bildirib ki, həcci siyasətdən kənarlaşdırmaq cəhdi elə  özü siyasətdir. “Lakin dinə qarşıdır və bəzilərinin ABŞ-a gözün üstə qaşın var deyə bilməzsiz deyə tələb etmələri isə şeytanın siyasətidir.”
 
Ayətullah Xamenei  qeyd edib ki, Səudiyyə Ərəbistanı hacıların  təhlükəsizliyini təmin etməyə və onların hörmətini saxlamağa borcludur. “Həcc ziyarətini təşkil edən şəxslərin çox ağır öhdəlikləri  və vəzifələri var.  Onların vəzifəsidir ki, Hacıların təhlükəsizliyini təmin etsinlər,  lakin  təhlükəsizliyi təmin etmk adı ilə zəvvarların işi çətinləşdirməməlidirlər.  Hacıların hörməti  və izzəti  qorunmalıdır. Çünki onlar Allahın qonaqlarıdırlar. Zəvvarlar Məkkə və Mədinə şəhərində olanda onlarla qarşı  uyğun rəftar sərgiləməlidirlər”. 
 
Ayətullah Xamenei  hacılara dualarda  İslam ümümətinin və müsəlmanların problemlərinin həlli üçün dua etməyi tövsiyə edib və bildirib ki,  bu gün İslami maarifə qarşı düşmənçilik edilir.  “Hegemonlar və ABŞ-ın  müsəlman xalqlarına qarşı  bu cür vəhşicəsinə hücum etməsi onların İslam həqiqətləri ilə düşmənçiliyindən irəli gəlir. Əgər müsəlmanlar həqiqətlərini bu gün bir kənara qoysalar, onların düşmənçilikləri aradan qalxacaq.  Sizin Allahdan başqası qarşısında baş əyməməniz və tabe olmamanız,  maddi güclər qarşısında təslim olmamağınızdır ki, onların düşmənçiliyinə səbəb olur  Elə bu amil də sizin qələbə silahınız və İslam ümmətinin nicat yoludur”. 
 
Ayətullah Xamenei bildirib ki,  biz cəmiyyətdə İslam əsaslarına nə qədər çox  əməl etsək, Allah  bizlərə daha çox yardım edəcək  və qəflət etmiş olsaq,  qəflətimizə görə  ziyan görəcəyik.  “İslam ümmətinin düşmənləri  sonda İslam qarşısında diz çökməyə məcbur olacaqlar. İlahi  lütflə gələcəkdə baş verən hadisələr  İslamın,  müsəlmanların və müsəlman cəmiyyətinin inkişafı və izzəti olacaq.  Bunun üçün çalışmaq lazımdır.”

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei cari ilin həcc ziyarətinə ölkə üzrə təşkilatçılıq edəcək rəsmi şəxslərlə görüşüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-03-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap