header

 Zərifdən Aİ-yə sərt reaksiya: “İrana qarşı bəyanat verə bilməzsiniz”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqı ölkələrinin (Aİ) nüvə müqaviləsindəki vədlərini yerinə yetirmədiyini qeyd edərək, bu ölkələrin İrana qarşı bəyanat verəcək vəziyyətdə olmadığını deyib.

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, jurnalistlərə ABŞ-ın sanksiyaları ilə bağlı açıqlamalar verən Zərif, Almaniya, Fransa və Böyük Britaniyanın İranı nüvə müqaviləsinə tabe olmağa dəvət etmələrinə belə reaksiya verib: “Aİ ölkələri təəssüf olsun ki, vədlərini yerinə yetirməmişdir. Bunun üçün İrana qarşı bəyanat verəcək mövqedə deyillər. Açıqladığımız məqamlar öz haqqımız çərçivəsindədir”.

Aİ ölkələrinin İrana qarşı atacağı istənilən addımın böyük səhv olacağını bildirən Zərif, belə danışıb: “Avropalılar heç bir formada bizi məcbur edə bilməz, ölkəmizin xeyrinə olduğuna inandığımız addımları atırıq. İndi də öz proqramımıza əsasən hərəkət edirik. Avropalılar nə vaxt verdikləri vədləri yerinə yetirər, elə o vaxt bizdən də bir gözləntiləri ola bilər”.

Zərif, həmçinin ABŞ-ın Ali Dini Rəhbərin ofisi ilə onunla əlaqəli şəxsləri sanksiya siyahısına salmasının Vaşinqton rəhbərliyinin beynəlxalq danışıqlardan xəbərsiz olduğunu nümayiş etdirdiyini deyib: “ABŞ İrana qarşı iqtisadi sanksiyaları nəticəyə gətirmək üçün bütün səyini ortaya qoymuşdur. İstədiyini əldə edə bilmədiyi üçün başqa yollara əl atır”.

Zərif amerikalıların ölkələr arasındakı qaydalar və müctəhidlər ilə ardıcılları arasındakı əlaqədən xəbərsiz olduğunu və İslama tamamilə yad olduğunu bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqı ölkələrinin (Aİ) nüvə müqaviləsindəki vədlərini yerinə yetirmədiyini qeyd edərək, bu ölkələrin İrana qarşı bəyanat verəcək vəziyyətdə olmadığını deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-27-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap