header

 Trampın kürəkəni: “İsrail-Fələstin problemini “Ərəb sülh təşəbbüsü” ilə həll etməyəcəyik”

ABŞ-ın prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner İsrail rejimi-Fələstin problemini “Ərəb sülh təşəbbüsü” ilə həll etməyəcəklərini deyərək, ABŞ-ın sülh planının fərqli bir yol gedəcəyini deyib.

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, Cared Kuşner açıqlamasında bunları deyib: “Güman edirəm ki, hamımız bir saziş olarsa, bunun Ərəb sülh təşəbbüsünün sərhədlərinin xaricində olmadığını qəbul etməyə məcburuq. Ərəb sülh təşəbbüsü ilə İsrail rejiminin mövqeyi arasında bir yerdə olacağını bilirik”.

Danışdığı insanların hamısı ilə Ərəb sülh təşəbbüsü haqqında danışdıqlarının vurğulayan C.Kuşner, belə davam edib: “Yenə də möhtəşəm bir cəhd olub, amma bir razılaşma olacaqdısa, uzun müddət əvvəl olmalı idi”.

Kuşner Vaşinqtonun uzun zamandır gözlənilən Ərəb-İsrail rejimi sülh planının iqtisadi hissəsini təqdim edərkən, 50 milyard dollarlıq inkişaf planı ilə bağlı bəyanat verib. Vaşinqton İsrail rejimi seçkiləri vaxtı heç bir partiyaya üstünlük verməmək üçün planın siyasi hissəsini daha sonra açıqlayacağını deyib.

İki dövlətli həlli nəzərdə tutan Ərəb sülh təşəbbüsü, 2002-ci ildə Səudiyyə rejiminin təklifi ilə başlamışdı. İsrail rejimi və ərəb ölkələrinin münasibətlərinin normallaşmasını istəyən təşəbbüs, İsrail rejiminin Qolan təpələri, Şərqi Qüds və İordan çayının qərb sahili daxil olmaqla işğal etdiyi bütün ərazilərdən çəkilərək, 1967-ci ildə müəyyənləşdirən sərhəd xəttinə tabe olmağı dəvət edir.

ABŞ-ın prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner İsrail rejimi-Fələstin problemini “Ərəb sülh təşəbbüsü” ilə həll etməyəcəklərini deyərək, ABŞ-ın sülh planının fərqli bir yol gedəcəyini deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-25-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap