Quran yarışları başa çatdı, qaliblər mükafatlandırıldı
Posted on : Digər sahələr 06/22/2019
Dünyanın 34 ölkəsindən 36 nəfərin iştirakı ilə keçirilən İordaniya 27-ci beynəlxalq Qurani-Kərim yarışları başa çatıb.
Dünyanın 34 ölkəsindən 36 nəfərin iştirakı ilə keçirilən İordaniya 27-ci beynəlxalq Qurani-Kərim yarışları başa çatıb.
Tashaio.com İQNA-a istinadən xəbər verir ki, iyun ayının 20-də keçirilən "27-ci "Haşimi" beynəlxalq Quran hifzi və qiraəti yarışlarının yekun və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə dövlət rəsmiləri, milli məclisin rəisi, alimlər, xarici ölkələrin səfirləri və diplomatları və digər tanınmış şəxsiyyətlər iştirak ediblər.
Banqladeş, Qətər, Bəhreyn, Misr və Səudiyyə Ərəbistanından olan iştirakçılar yarışların ilk beş yerini bölüşüblər.