İngiltərə Məhkəməsindən Səudiyyəyə silah satışına qadağa
Posted on : Digər sahələr 06/20/2019
İngiltərənin Kassasiya Məhkəməsi Səudiyyə Ərəbistanına silah satışının qanunlara zidd olduğuna dair qərar çıxarıb.
İngiltərənin Kassasiya Məhkəməsi Səudiyyə Ərəbistanına silah satışının qanunlara zidd olduğuna dair qərar çıxarıb. Tashaio.com bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qeyri-hökumət təşkilat olan "Silah Satışına Qarşı Kampanya"nın müraciətini qiymətləndirən Kassasiya Məhkəməsi Səudiyyə rejiminə silah satışını qanuna zidd sayıb.
Məhkəmə həmçinin Beynəlxalq Ticarət Nazirliyinin beynəlxalq humanitar qanunların pozulmasını araşdırmadan Səudiyyə Ərəbistanına silah satışına icazə verməsini ağılsızlıq və hüquqa zidd kimi qiymətləndirib.