header

 Vəhabi şahzadə dünyanı İranla mübarizəyə səslədi: ABŞ düz edir

Səudiyyə şahzadəsi İran barədə danışıb.

Tashaio.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı regionda müharibə istəmir, lakin dünya ictimaiyyəti Tehrana qarşı daha qəti mövqe tutmalıdır.

Bunu Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman bəyan edib.

O, Oman körfəzində neft tankerlərinə, Səudiyyə Ərəbistanı neft borularına və krallığın cənubunda yerləşən Abhu hava limanına edilmiş hücumları xatırladıb.

“Bu hadisələr bir daha göstərir ki, beynəlxalq ictimaiyyət ər-Riyada qulaq asmalıdır”, - deyə o hesab edir.

Onun sözlərinə görə, dünya ictimaiyyəti ABŞ-ın anti-İran sanksiyalarını dəstəkləməlidir.

Şahzadə İranı terror hücumları törətməkdə ittiham edərək, Tehranın seçim qarşısında olduğunu əlavə edib.

Səudiyyə şahzadəsi İran barədə danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-17-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap