header

 Əl-Cəlzunda İsrail rejimi qüvvələriylə fələstinlilər arasında toqquşma olub

İsrail rejimi qüvvələrinin dünən Ramallah şəhərinin şimalındakı əl-Cəlzun düşərgəsinə basqın təşkil etdiyi bildirilib.

İsrail rejimi qüvvələrinin dünən Ramallah şəhərinin şimalındakı əl-Cəlzun düşərgəsinə basqın təşkil etdiyi bildirilib.
 
Tsahaio.com "Felestin.info"-a istinsadla xəbər verir ki, İsrail rejimi qüvvələrinin Beyt əl-Yəhudi düşərgəsindən gələrək, basqın təşkil etdiyi və onlarla fələstinli gəncin İsrail ordusu qüvvələrinə qarşı müqavimət göstərdiyi vurğulanıb.
 
Fələstinli gənclərin basqın zamanı düşərgənin yollarını bağladıqları və İsrail rejimi ordusuna aid patrul maşınlarını daşladıqları qeyd edilib.
 
Əl-Cəlzun düşərgəsinə basqın edən İsrail rejimi qüvvələrinin evlərin arasında gözyaşardıcı qaz bombası istifadə etdiyi bildirilib.
 
İsrail rejimi qüvvələrinin basqınına qarşı müqavimət göstərən fələstinli gənclərlə işğalçı əsgərlər arasında yaşanan qarşıdurmada üç gəncin rezin gülləylə vurularaq, xəsarət aldığı diqqətə çatdırılıb.
 
Düşərgə sakinlərindən onlarla insanın bombalardan çıxan kəskin qazın təsirinə məruz qaldığı və yaşlı bir adamın da boğulma təhlükəsiylə qarşılaşdığı qeyd edilib.
 
Qeyd edək ki, ötən gün işğalçı rejim qüüvələri həmçinin   İordan çayının qərb sahilində 22 fələstinlini saxlayıb.
 
Xatırladaq ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür. İsrail rejimi həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var və bu say durmadan artır.
İsrail rejimi qüvvələrinin dünən Ramallah şəhərinin şimalındakı əl-Cəlzun düşərgəsinə basqın təşkil etdiyi bildirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-17-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap