header

 İqlim dəyişikliyi dünyada sülhə təhdid yaradır: Qlobal Sülh İndeksi açıqlanıb

Növbəti 10 ildə iqlim dəyişikliyi dünyada sülhə təhdid yaradır. Avstraliyada mənzillənən İqtisadiyyat və Sülh İnstitutu (IEP) iyunun 12-də Qlobal Sülh İndeksini açıqlayıb.

Növbəti 10 ildə iqlim dəyişikliyi dünyada sülhə təhdid yaradır. Avstraliyada mənzillənən İqtisadiyyat və Sülh İnstitutu (IEP) iyunun 12-də Qlobal Sülh İndeksini açıqlayıb.
 
Hesabatda deyilir ki, dünyada 1 milyardadək adam qlobal istiləşmə riski yüksəkdir, onların 40 faizi isə münaqişəylə çarpışan ölkələrdə yaşayır.
 
Hesabat 163 müstəqil ölkə və ərazini, indeks dünya əhalisinin 99,7 faizini əhatələyir.
 
2008-ci ildən İslandiya dünyanın ən dinc ölkəsidir. Ondan sonra Yeni Zelandiya, Avstriya, Portuqaliya və Danimarka gəlir. İlk 20-liyə düşən Butan istənilən ölkəylə müqayisədə mövqeyini daha artıq yaxşılaşdırıb, son 12 ildə 43 pillə irəliləyib.
 
Dünyanın ən az sülh olan ölkəsi isə Əfqanıstandır, Suriyanı əvəzləyərək ikinci yerə qaldırıb. Cənubi Sudan, Yəmən və İraq son beşlikdə yer alıb.
 
Azərbaycan 163 ölkə içində 130-cudur.  Qonşulardan Gürcüstan 99, Ermənistan 118, Rusiya 154, İran 139-cu yerdə qərarlaşıb.
 
 
Zorakılığın bədəli
 
Dünyanın doqquz regionundan 4-də son bir ildə vəziyyətin sülhə doğru irəlilədiyi bildirilir. Ən böyük yaxşılaşma Rusiya və Avrasiya region, daha sonra Yaxın Şərq və Şimali Afrikada qeydə alınıb. Ukrayna və Suriyada münaqişələrin səngiməsinin ümumi göstəricilərə təsiri olduğu bildirilir.
 
2008-ci ildən bəri dünyanın ən güclü ölkələrinə inam azalıb. ABŞ rəhbərliyinə inam Rusiya, Çin və Almaniya rəhbərliyinkindən daha çox düşüb. İndi adamların ABŞ-dan çox Çin rəhbərliyinə inandığı bildirilir.
 
Dünyada zorakılıq iqtisadi göstəricilərə güclü təsir göstərir. Zorakılıqların ən çox baş verdiyi on ölkədə bunun iqtisadi dəyəri ÜDM-nin 35 faizinə bərabər olub. Müqayisə üçün, zorakılığın az baş verdiyi ölkələrdə bu göstərici 3,3 faizdir.
 
Suriya, Əfqanıstan və Mərkəzi Afrika Respublikasında zorakılığın iqtisadi bədəli ÜDM-nin uyğun olaraq 67, 47 və 42 faizinə bərabər olub.
 
Hesabatda iqlim dəyişikliyinin münaqişələrə səbəb olduğu vurğulanır – azalan resurslar uğrunda rəqabət artır, yaşayış yerlərinə təhdid yaranır, kütləvi miqrasiyaya səbəb olur.
 
“Getdikcə iqlim dəyişikliyi əməlli problemlə çevriləcək”, – IEP-nin icraedici sədri Steve Killelea “Reuters” agentliyinə deyib.
 
Agentlik ekspertlərin iqlim dəyişikliyini münaqişə riski faktoru kimi öyrənilməsini alqışladığını yazır. 
Növbəti 10 ildə iqlim dəyişikliyi dünyada sülhə təhdid yaradır. Avstraliyada mənzillənən İqtisadiyyat və Sülh İnstitutu (IEP) iyunun 12-də Qlobal Sülh İndeksini açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-12-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap