Camaat namazı sırasında uşaqların dayanması
Posted on :
Əqidələr
06/08/2019
Tashaio.com "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Camaat namazı sırasında uşaqların dayanması haqqında suala cavabını təqdim edir:
Sual: Əgər camaat namazı sırasında məmumun yanında müməyyiz uşaq və müməyyiz olmayan uşaq dayanıb namaz qılsa, mükəlləf şəxsin namazının hökmü nədir?
Cavab: Sualda deyilənləri nəzərə alaraq, əgər müməyyiz uşaq ortada dayanarsa və onun namazının düzgün olmadığını bilməsələr, camaat namazının maneəsi yoxdur. Həmçinin əgər bir və ya bir neçə müməyyiz olmayan uşaq dayanarsa, yaxud namazı düzgün olmayan müməyyiz uşaq dayanarsa, amma mükəlləf qabaq tərəfdən və ya başqa tərəfdən imam-camaata qoşulmuş olarsa, yaxud da iki məmum arasında bir böyük addımdan çox fasilə olmazsa, camaat namazının maneəsi yoxdur.