header

 İsrail rejimi Suriyaya hava hücumu etdi

Suriyanın SANA dövlət xəbər agentliyi İsrail rejiminin hücumu nəticəsində 3 əsgərin həlak olduğunu, 7 əsgərin də yaralandığını açıqlayıb.

Suriyanın SANA dövlət xəbər agentliyi İsrail rejiminin hücumu nəticəsində 3 əsgərin həlak olduğunu, 7 əsgərin də yaralandığını açıqlayıb.

 

Tashaio.com xəbər verir ki, SANA İsrail rejiminin təcavüzkar hücumlarına qarşı Suriya havadan müdafiə sistemlərinin birbaşa hərəkətə keçdiyini və Dəməşqin cənub-qərbindəki bəzi nöqtələri hədəfə alan raketləri məhv etdiyini qeyd edib.

 

İsrai rejiminin ordusu isə, Suriyadan atılan iki raketə cavab olaraq, bəzi hərbi hədəflərə hava hücumu təşkil etdiyini açıqlayıb.

 

İsrail rejiminin ordusundan verilən yazılı açıqlamada, işğal altındakı Qolan yüksəkliklərinin şimalından gecə saatlarında atılan və biri İsrail rejiminin işğalı altında olan ərazilərə düşən iki raketə cavab olaraq, Suriyaya aid bəzi hərbi hədəflərin döyüş təyyarələri və hücum helikopterləri ilə vurulduğunu bildirib.

 

Bəyanatda vurulan hədəflərin iki artilleriya batareyası, bəzi müşahidə və kəşfiyyat bazaları ilə bir SA-1 havadan müdafiə batareyasının olduğu qeyd olunub.

 

Hücum əsnasında Suriyanın zenit sistemlərinin işə düşdüyünü, ancaq İsrail rejiminin havadan müdafiə sistemlərinin atılan raketlərdən heç birinin İsrail rejiminə düşməsinə imkan vermədiyi bildirilib.

Suriyanın SANA dövlət xəbər agentliyi İsrail rejiminin hücumu nəticəsində 3 əsgərin həlak olduğunu, 7 əsgərin də yaralandığını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-03-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap