header

 Zövcənin libasa oxşadılmasındakı incə nöqtələr

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 187-ci ayəsində buyurur:

أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَآئِكُمْ هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ...

Oruc gecələri zövcələrinizlə yaxınlıq sizə halal olduOnlar sizinsiz isə onların libasısınız...

Zövcənin libasa oxşadılmasında bir çox incə nöqtələr var:

–Libas forma, rəng və parça baxımından insana münasib olmalıdır. Zövcə də insanın oxşarı olmalı, onun fikri, əqidəsi, şəxsiyyəti ilə uyğun gəlməlidir.

–Libas zinət və aramlıq səbəbidir. Zövcə və övlad da ailədə aramlığın əsasıdır.

–Libas insanın eybini örtür. Ər də, arvad da bir-birinin eyiblərini, nöqsanlarını örtməlidirlər.

–Libas insanı istidən, soyuqdan qoruyur. Həyat yoldaşı da ailə ocağında istiliyi qoruyub-saxlamalıdır.

–Libassızlıq rüsvayçılıqdır. Subaylıq da azğınlıq və rüsvaylıq səbəbi olur.

–Soyuq havada qalın, isti havada yüngül libasdan istifadə olunur. Ər də, arvad da bir-birinin ruhi ehtiyaclarına münasib əxlaq və rəftarla cavab verməlidirlər. Əgər kişi əsəbidirsə, qadın onunla yumşaq rəftar etməlidir. Əgər qadın xəstədirsə, kişi onunla keçinməlidir.

–İnsan öz libasını çirkabdan qorumalıdır. Həyat yoldaşları da bir-birlərini günaha batmaqdan hifz etməlidirlər. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 187-ci ayənin təfsiri.)

Dəryadan bir damla
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-30-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap