ABŞ sanksiyalarına görə, İranda 7 uşaq həyatını itirdi
Posted on : iran 03/08/1398
ABŞ-ın tətbiq etsiyi sanksiyalara görə, İranda epidermoliz xəstəliyindən əziyyət çəkən 7 uşaq dünyasını dəyişib.
ABŞ-ın tətbiq etsiyi sanksiyalara görə, İranda epidermoliz xəstəliyindən əziyyət çəkən 7 uşaq dünyasını dəyişib.
Tashaio.com İranın Mehr agentliyinin verdiyi məlumata əsasən bildirir ki, sanksiyalara görə ölkəyə gətirilən tibbi təchizatlarda çatışmazlıq yaranıb. 300-ə qədər uşaq epidermoliz xəstəliyi təhlükəsi altındadır.
Əvvəllər İran bu xəstəlikdən əziyyət çəkən uşaqların yaralarının müalicəsində istifadə olan xususi örtükləri İsveçrədən idxal edirdi. Lakin ABŞ ikinci dəfə sanksiyaları tətbiq edəndən sonra, İsveçrə şirkəti epidermoliz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün xüsusi materialların ixracını dayandırmışdır. Epidermoliz xəstəliyindən əziyyət çəkən uşaqların vəziyyəti pisləşməkdədir.