Braziliyalı futbolçu İslamı qəbul etdi: Məkkəni ziyarət etdi
Posted on : Digər sahələr 05/28/2019
Braziliyalı futbolçu İslam dinini qəbul edib.
Tashaio.com-un “IslamNews”-ə istinadən verdiyi xəbərə əsasən, bu yaxınlarda İslam dinini qəbul etdiyini elan etmiş braziliyalı futbolçu Serxio Rikardo Neves müqəddəs məkanlardan görülüb.
44 yaşlı Rikardo öz futbol karyerası ərzində Braziliya ilə yanaşı, Səudiyyə Ərəbistanı və Türkiyə klublarında da oynayıb.
O, ötən həftə müsəlman olduğunu bildirib. Müvafiq videonu onun səudiyyəli dostu Məhəmməd Suveyd sosial şəbəkələrə yerləşdirib.
“Həmd olsun, mən artıq müsəlmanam və düşünürəm ki, bunun mənim həyatımdakı ən yaxşı qərar olduğunu anlayırsınız”, - deyə braziliyalı idmançı deyib.
Bu xəbərdən bir neçə gün sonra o, Məkkəyə gələrək, Ümrə ziyarətini yerinə yetirib. Braziliyalı idmançı ağ libas geyinərək böyük şövqlə Ümrə əməllərini yerinə yetirib.