Yəmən Səudiyyə rejiminin bazasını, aeroportunu, silah anbarını vurdu
Posted on : Digər sahələr 05/21/2019
Yəmən ordusunun Hərbi Hava Qüvvələri Qasif 2K pilotsuz uçuş aparatı ilə Nəcran əyalətində Səudiyyə rejiminin hərbi aeroportunu bombardman edib.
Yəmən ordusunun Hərbi Hava Qüvvələri Qasif 2K pilotsuz uçuş aparatı ilə Nəcran əyalətində Səudiyyə rejiminin hərbi aeroportunu bombardman edib.
Tashaio.com Əl-Məsirəyə istinadən xəbər verir ki, bombardman nəticəsində Nəcran aeroportu və bazasının içindəki silah-sursat anbarları da partladılıb. Hadisə şahidlərinə görə, bazadakı güclü partlayışlar ətrafda rahat eşidilib.
Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələrinin raket birliyi Səudiyyə rejiminin ordusuna aid bir pilotsuz uçuş aparatını Hudeyda səmalarında vuraraq, yerə salmağı bacarıb.
Yəmən ordusu və Ənsarullah döyüşçüləri xain M.Hadi qüvvələrinin işğalı altındakı Dali bölgəsindəki mövqelərini vurması nəticəsində düşmənə aid 2 tank və 4 zirehli texnika içindəkilərlər birlikdə məhv edilib.
Yəmənin mücahid snayper qüvvələri Səudiyyə rejiminin Asir əyalətində 3 səudiyyəli əsgəri nişana alaraq, zərərsizləşdiriblər.