header

 İran: Tramp özünü Çingizxan, İsgəndər zənn edir, lakin...

İran XİN başçısı ABŞ prezidentinin sözlərini şərh edib.

Tashaio.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın İranla bağlı sözlərini şərh edərək bəyan edib ki, “soyqırım və iqtisadi terrora dair istehzalı sözlər” İranın sonuna səbəb olmayacaq.

Xatırladaq ki, Tramp bildirmişdi ki, əgər İran müharibə variantını seçərsə, bu, “İranın rəsmi sonu” olacaq. O, Tehranı ABŞ-ı təhdid etməməyə səsləyib.

“Donald Tramp (Makedoniyalı) İsgəndər, Çingizxan və digər təcavüzkarların bacarmadığı şeylərə nail olacağına ümid edir. İranlılar minillər ərzində çətinliklərin öhdəsindən gəliblər, bütün təcavüzkarlar isə yox olublar. İqtisadi terror və soyqırım haqda istehzalı sözlər “İranın sonuna” səbəb olmayacaq”, - deyə Zərif bildirib.

“Heç vaxt iranlıları hədələməyin. Hörmət etməyi yoxlayın - bu variant işləkdir”, - deyə iranlı nazir əlavə edib.

İran XİN başçısı ABŞ prezidentinin sözlərini şərh edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-21-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap