header

 `İran ABŞ-la müharibə edərsə, bu, bizim sonumuz olacaq`

İraqda "Sədr" hərəkatının lideri Müqtəda əl-Sədr ABŞ və İran arasında mümkün müharibə risklərindən danışıb.

İraqda "Sədr" hərəkatının lideri Müqtəda əl-Sədr ABŞ və İran arasında mümkün müharibə risklərindən danışıb. Tashaio.com "əl-Sumaria"ya istinadən bildirir ki, əl-Sədrin fikrincə rəsmi Bağdad müharibə ehtimalına qarşı ciddi mövqe sərgiləmədiyi təqdirdə, bu, İraqın sonu ilə nəticələnəcək.

"Mən İran və ABŞ arasında müharibə başlamasının tərəfdarı deyiləm. İraqın bu müharibəyə sürüklənib, İran və ABŞ arasındakı qarşıdurma meydanı olmasının da tərəfdarı deyiləm. İraq olaraq birlik nümayiş etdirib ciddi mövqe ortaya qoymasaq, ABŞ və İran müharibəsi İraqın sonuna səbəb olacaq. Nə İraq, nə də xalqı yeni müharibənin altından çıxa bilməz. Bizim sülh və abadlığa ehtiyacımız var. Hər hansı bir tərəf İraqı müharibəyə sürükləyərsə və bu döyüş üçün meydana çevrirərsə, o, İraq xalqının düşməni olacaq",-deyə Müqtəda əl-Sədr qeyd edib.

"Sədr" hərəkatının lideri həmçinin deyib ki, ABŞ və İran arasında müharibə olmasını istəmir.

İraqda "Sədr" hərəkatının lideri Müqtəda əl-Sədr ABŞ və İran arasında mümkün müharibə risklərindən danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-20-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap