header

 Ustad Füruğinin Ramazan tövsiyələri

Mübarək Ramazan ayının günlərini oruc tutmaq, gecələrini ibadət və Haqq-təala ilə münacata məşğul olmaq Allahın xüsusi feyzlərini almaq və yuxarı aləmlə əlaqə yaratmaq üçün qızıl bir fürsətdir. Zəifliyə səbəb olmayacaq və insanın əhvalını pozmayacaq həddə ac qalmaq və az yemək temperamentin tarazlığına, düşüncənin pərvazına və nəfsin nuraniləşməsinə səbəb olur.

Mübarək Ramazan ayının günlərini oruc tutmaq, gecələrini ibadət və Haqq-təala ilə münacata məşğul olmaq Allahın xüsusi feyzlərini almaq və yuxarı aləmlə əlaqə yaratmaq üçün qızıl bir fürsətdir.
Zəifliyə səbəb olmayacaq və insanın əhvalını pozmayacaq həddə ac qalmaq və az yemək temperamentin tarazlığına, düşüncənin pərvazına və nəfsin nuraniləşməsinə səbəb olur. 


İmam Sadiq (ə) buyurur: “Ac qalmaq möminin xörəyi, ruhun qidası, qəlbin təamı və bədənin sağlamlığıdır.” (“Misbahuş-şəriət”, səh. 77)
İnsanın ruhu oruc tutmaqla və bətni təamdan boşaltmaqla təravətlənir, rəbbani feyzlər, loğmansayağı hikmətlər və tövhid həqiqətlərini almağa hazır olur. 
Çox yemək və qarını həmişə dolu saxlamaq nəfsi əzgin və yorğun edir, onu ağırlaşdırır, mərifət səmasında pərvaz etməyə qoymur.

Merac hədisində gəlmişdir ki, həzrət Rəsuli-əkrəm (s) Mütəal Allahdan soruşur:
“Ey mənim Rəbbim! Aclığın mirası nədir?”
Mütəal Allah buyurur: “Hikmət (həqiqətlərə yetişmək), qəlbi (şeytani vəsvəsələrdən) qorumaq və Mənə yaxın olmaq.” (“İrşadul-qulub”, c. 1, səh. 200)
Bu hədisdən aydın olur ki, imsak və az yemək, xüsusilə də oruc tutmaq Allaha doğru seyru-sülukda çox təsirlidir.

Diqqətli olun ki, mübarək Ramazan ayının müstəsna fürsətlərini əldən verməyəsiniz! Bu mübarək ayın gecə və gündüzlərindən hər vaxt imkan tapsanız ibadət və duaya məşğul olun, Haqq-təalaya diqqətinizi yönəldin ki, ən azından bir anlıq da olsa canınız tövhid dənizinə qovuşsun, qəlbinizdən elm, hikmət və mərifət çeşməsi coşsun, Haqq-təalanın qürbü yaxınlığında qalmaq istedadı tapasınız.
Mübarək Ramazan ayının günlərini oruc tutmaq, gecələrini ibadət və Haqq-təala ilə münacata məşğul olmaq Allahın xüsusi feyzlərini almaq və yuxarı aləmlə əlaqə yaratmaq üçün qızıl bir fürsətdir. Zəifliyə səbəb olmayacaq və insanın əhvalını pozmayacaq həddə ac qalmaq və az yemək temperamentin tarazlığına, düşüncənin pərvazına və nəfsin nuraniləşməsinə səbəb olur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-19-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap