header

 İslamçı jurnalistin azadlıqda ilk məqaləsi

“Sosial Şəbəkə” rubrikası xəbər verir ki, islamçı jurnalist Nicat Əliyev azadlığa çıxdıqdan sonra ilk yazısını yazıb. O sosial şəbəkədə özü bu haqda məlumat verib və yazısını paylaşıb. Yazında tanınmış və dəyərli kitabları ilə tanınan İlqar Kamilin kitabları və özü haqqında fikirlər səsləndirib.

“Azadlıqda ilk yazım…
Azadlığa çıxmağımın 40-ı təzə çıxıb. Bu müddət ərzində bir şeyi çox yaxşı dərk elədim. Azadlıqda biz zamanı yeməkdən, o bizi su kimi içir.
Azadlıqla zindanın əsas fərqi ondadır ki, zindanda zaman BUZ kimi, azadlıqda isə günün şüaları altında əriyən BUZ kimidir.
Azadlığa çıxannan sonra düz-əməlli kitab oxumamışamsa əgər, orda mütailə həyatdır. Kitab sənin ən yaxşı dostun, məhkum yoldaşın, yeməyin-içməyin, film seyrin, əyləncən, gecən və gündüzündür. Hər yaxşı kitab, cəza müddətinin azalması deməkdir.
Zindan əhli çöl əhlindən yaxşı tanıyır və sevir İlqar Kamili.
Bu insanla tanışlığım zindan illərinə təsadüf edir. Dəsti xətti, yanaşma tərzi, mövqeyi, yaradıcılığı ilə mənə məhrəm olan İlqar Kamil əsərləri, zindanda bizi darıxmağa qoymurdu. Onun üçün də zindan əhli çöl əhlindən yaxşı tanıyır və sevir İlqar Kamili.
Onsuzda hər yerdən , hər kəsdən məhrum olan məhkuma İlqar Kamilin kitabı lazımdır ki, qoysun qarşısına dərtləşsin onunla. Onun kitabları azadlıqda oxunursa, zindanda o kitabları udub-yeyirlər.
Ayrılıq kitabının aşıqləri! İçəridə bu kitabın məcnunları var.
“Bir şəhidin izi ilə” kitabı huseynçilərin bir-birinə ən gözəl hədiyyəsi olubsa, “Səmavi Mesajlar” stol ustü kitabları olub.
Romanlara gəldikdə… İstər “Anam üçün”, istər “Yerlə göy arasında”, istərsədə “Ayrılıq” romanı. Zindanda bu romanlar ürək kimi fasiləsiz xidmətdədir. Əldən-ələ ötürülməklə KAMİLLİYƏ çatan bu əsərlər zindan əhlinin zindanda olan azadlıq dostlarıdır.
İlqar Kamil ! Bütün bunlara görə keçmiş məhkum olaraq öz adımnan və bütün Cəza Çəkmə Müəssiəsinin məhkumları adından sizə dünya boyda təşəkkür edirəm. Zindan aləmi elə bir aləmdir ki, Hz Əli oranı yer üstü qəbr adlandırıb. Müvəqqəti olsada məhkum sizin əsərlərivizin içinə girməklə o qəbrdən çıxa bilir.
Unutmayın ki, sizin uğurlarınızı, müvəffəq olmağınızı ailə üzvləriniz, əzizlərinizlə yanaşı həmdə ən çox məhkumlar gözləyir. Çünki uğurunuz – yeni əsər – yeni əsəriniz isə məhkumun müvəqqəti də olsa o qəbrdən xilasıdır.
Daim müvəffəq olasız.
İmza: Nicat Nazim oğlu Əliyev…”

“Sosial Şəbəkə” rubrikası xəbər verir ki, islamçı jurnalist Nicat Əliyev azadlığa çıxdıqdan sonra ilk yazısını yazıb. O sosial şəbəkədə özü bu haqda məlumat verib və yazısını paylaşıb. Yazında tanınmış və dəyərli kitabları ilə tanınan İlqar Kamilin kitabları və özü haqqında fikirlər səsləndirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap