header

 Dünyadakı bütün fələstinlilərin sayı açıqlanıb

Fələstin Statistika Qurumu Fələstin torpaqlarında sionist İsrail dövlətinin qurulması səbəbilə "Nəkbə", yəni "Böyük Fəlakət" adlandırılan hadisənin 71-ci ildönümüylə əlaqədar olaraq dünyadakı fələstinlilərlə bağlı bəzi önəmli statistik məlumatlar açıqlayıb.

Statistik hesabata görə, istər tarixi Fələstin torpaqlarında, istərsə də dünyanın müxtəlif yerlərindəki fələstinlilərin sayı 13 milyondur.
 
Sionist İsrail dövlətinin qurulduğu 15 may 1948-ci ildən bu yana Fələstin torpaqları daxilində və xaricində öldürülən fələstinlilərin sayı 100 minə çatıb.
 
1967-ci ildə İsrail rejimi qüvvələri Fələstinin İordaniya və Misir nəzarətindəki bölgələrini də işğal etdikdən sonra 1 milyon fələstinli həbs olunub.
 
29 sentyabr 2000-ci ildə "Əqsa İntifadası"nın başlamasından bu günə qədər öldürülən fələstinlilərin sayı 10 min 853-ə çatıb. Bu müddət ərzində ən qanlı il isə 2014-cü il olub. Həmin ildə 2 min 240 nəfər öldürülüb. Bunlardan 2 min 181-i Qəzza bölgəsində şəhid olanlardır. Onların əksəriyyəti İsrail rejiminin bölgəyə qarşı müharibəsi zamanı öldürülüb.
 
2018-ci il ərzində 312 fələstinli öldürülüb. Bunlardan 57-si uşaq, 3-ü qadındır. İsrail rəhbərliyi ölənlərdən 15-nin meyitini hələ də verməyib, girov saxlayır.
 
2019-cu ilin aprelinin sonunda İsrail rejimi həbsxanalarındakı felestinlilərin sayı 5 min 700-ə çatıb. Bunlardan 250-si uşaq, 47-si qadındır. /Felestin.info /
 
Fələstin Statistika Qurumu Fələstin torpaqlarında sionist İsrail dövlətinin qurulması səbəbilə "Nəkbə", yəni "Böyük Fəlakət" adlandırılan hadisənin 71-ci ildönümüylə əlaqədar olaraq dünyadakı fələstinlilərlə bağlı bəzi önəmli statistik məlumatlar açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap