header

 Suriya ordusu daha iki bölgəni terrorçulardan təmizlədi

Suriya ordusu İdlibin cənub ətrafında iki bölgəni terrorçulardan azad edib.

Suriya ordusu İdlibin cənub ətrafında iki bölgəni terrorçulardan azad edib.

 

Tashaio.com SANA-ya istinadən xəbər verir ki, İdlibin cənub ətrafında əməliyyat həyata keçirən Suriya ordusu Əl-Xamra və Əş-Şəria bölgəsinə hücum reallaşdırıb.

 

Hər iki bölgəni terrorçuların əlindən alan Suriya ordusu, şimal istiqamətində irəliləməsini davam etdirir.

 

Güclü qarşıdurmalardan sonra terrorçuların geri çəkildiyi və Suriya ordusunun Huvəyz qəsəbəsini azad etmək üçün əməliyyata başladığı bildirilib.

 

Bu arada, Suriya ordusu Hamanın şimal-qərbindəki ərazilərinə hücum etməyə cəhd edən Nusra Cəbhəsi terrorçularını ağır itkilərə məruz qoyub. Belə ki, aralarında Nusra Cəbhəsinin səhra komandirlərindən Qusəyr Əsfərin də olduğu onlarla terrorçu bu əməliyyatda öldürülüb.

 

Suriya ordusu, həmçinin Hamanın şimal-qərbindəki Hamamiyə bölgəsinə girməyə çalışan Ceyşul-İzzə terrorçularına pusqu qurmaqla, terrorçulara aid 2 tank ilə 3 hərbi pikapı məhv etməyi bacarıb.

 

Suriya ordusu İdlibin cənub ətrafında iki bölgəni terrorçulardan azad edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-15-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap