header

 Fələstinli alimlər İslam və ərəb ölkələrinə çağırış edib

Fələstin Alimlər Birliyi İslam və ərəb ölkələrini "Əsrin Müqaviləsi"nə qarşı Fələstin xalqına dəstək verməyə çağırıb.

Fələstin Alimlər Birliyi İslam və ərəb ölkələrini "Əsrin Müqaviləsi"nə qarşı Fələstin xalqına dəstək verməyə çağırıb.
 
Tashaio.com "Felestin.info"-a istinadla xəbər verir ki, birlik sədri Mərvan Əbu Ras Qəzzada keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin məsələsinin həlli üçün irəli sürdüyü "Əsrin Müqaviləsi" planının İsrailin lehinə Fələstin mübarizəsini ləğv etməyi qarşısına məqsəd qoyduğunu söyləyib.
 
İslam və ərəb ölkələrini "Əsrin Müqaviləsi"nə qarşı Fələstin xalqına dəstək verməyə çağıran Əbu Ras "Tramp işğalçı İsrailin tərəfində olub Fələstin xalqının düşmənidir. Bu səbəbdən sülh üçün vasitəçi olmağa uyğun deyil", - deyib.
 
Əbu Ras Qüdsün Fələstinin əbədi paytaxtı olacağını və Trampın Qüds qərarının bu həqiqəti dəyişdirməyəcəyini vurğulayaraq, ərəb və İslam ölkələrini Fələstin və Qüdsü qorumaq naminə məsuliyyətlərini üzərlərinə götürməyə çağırıb.
 
Mediada "Əsrin Müqaviləsi" adı ilə tanınan ABŞ-ın hazırladığı Yaxın Şərq sülh planının detalları iyun ayında açıqlanacaq.
Fələstin Alimlər Birliyi İslam və ərəb ölkələrini "Əsrin Müqaviləsi"nə qarşı Fələstin xalqına dəstək verməyə çağırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-15-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap