İraq hökumətinin rəsmisi: “İraq İrana qarşı sanksiyalarda iştirak etməyəcək”
Posted on : iran 05/14/2019
İraqın baş nazirinin milli təhlükəsizlik müşaviri və Əl-Həşduş Şəbi qurumunun rəhbəri Falih Əl-Fayyaz ölkəsinin İrana qarşı sanksiyalarda iştirak etməyəcəyini deyib.
İraqın baş nazirinin milli təhlükəsizlik müşaviri və Əl-Həşduş Şəbi qurumunun rəhbəri Falih Əl-Fayyaz ölkəsinin İrana qarşı sanksiyalarda iştirak etməyəcəyini deyib.
Tashaio.com xəbər verir ki, Falih Əl-Fayyaz dünən İRNA agentliyinə verdiyi açıqlamasında, ABŞ-ın dövlət katibi Mayk Pompeonun Bağdada etdiyini sonuncu səfərinə toxunaraq, belə danışıb: “İraq Amerikanın İrana qarşı sanksiyaları açıqladığı ilk günlərdə, bu sanksiyalara qarşı olduğunu elan etmişdir”.
İraq rəsmisi iki ölkə arasında hər sahədə əlaqələrin inkişaf etdiyini bildirərək, mövcud proseslərin də ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə səbəb olduğunu deyib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo keçən həftə Bağdada etdiyi səfərində İraq prezidenti və baş naziri ilə görüşmüşdü.