header

 Ramazan ayında pəhrizkarların Kitabını dərk etmək fürsəti

Quran ayələri və hədislərdən aydın görmək olur ki, oruc mühüm bir ibadət olaraq təqdim edilir və onun təməlində təqva durur.

Quran ayələri və hədislərdən aydın görmək olur ki, oruc mühüm bir ibadət olaraq təqdim edilir və onun təməlində təqva durur. “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən)çəkinəsiniz”. (“Bəqərə” 183).

 

Təqva əhli öz hidayət yollarını Quranda axtarırlar. “Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı Kitab pəhrizkarlar(aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir”. (“Bəqərə” 2).

 

Ramazan ayına bu qədər fəzilət verən şey – Quranın bu gözəl ayda nazil olmasıdır. “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Quranın nazil olduğu bir aydır”.

 

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, Ramazan ayı ilə Quran arasında sıx rabitə mövcuddur. Necə ki, təbiət bahar fəsli gələn kimi təravətlənər və təzələnər, Ramazan ayı da Quranın baharı olduğu üçün, bu müqəddəs ay məhz Quran vasitəsilə təravətlənib, təzələnir. Onu oxuyub mənalarına diqqət edərək qəlblərimizi təzələmiş və təravətləndirmiş oluruq.

 

İmam Əli (ə) buyurur: “Allah Təalanın Kitabını öyrənin. Çünki o, ən gözəl söz və aydın bir moizədir. Quranda dərk əldə edin. Çünki o, qəlblərin baharıdır”. (Həvzəh)

 

Ona görə də deyə bilərik ki, Ramazan ayı ilə Quran arasında olan rabitə - çox dərin bir rabitədir. İnsan bu müqəddəs ayda ondan bəhrələnərək təyyibə həyatı əldə edə bilər. Qədr gecələrinin fəlsəfəsini dərk edə bilər.

Peyğəmbərimiz (s) buyurur ki, bu ayda oxunan bir ayənin savabı başqa aylarda Quran xətm etməyin savabına bərabərdir.

Quran ayələri və hədislərdən aydın görmək olur ki, oruc mühüm bir ibadət olaraq təqdim edilir və onun təməlində təqva durur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-12-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap