header

 Ali Məhkəmə İŞİD-ə qoşulan şəxsin şikayətinə baxıb

Ali Məhkəmədə İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlı - Nicat Əhmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Əhmədovun kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, N.Əhmədov Suriya və İraqda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2015-ci il iyunun 21-də Türkiyəyə, oradan Suriyaya gedib.

O, Suriya, İraq və Azərbaycanın qanunvericilikləri ilə nəzərdə tutulmayan “İraq-Şam İslam Dövləti” - İŞİD adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçməkdə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan mahkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.(report)

Ali Məhkəmədə İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlı - Nicat Əhmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-11-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap