header

 Yaşlılalrın və kök insanların oruc tutması - HƏKİM MƏSLƏHƏTİ

Bütün dünya müsəlmanları müqəddəs Ramazan ayında oruc tutmaqla yeyib-içməkdən çəkinirlər. Oruc tutmağın insanlar üçün mənəvi, fiziki, ruhi və ictimai təsirləri çoxdur. Lakin insanlar bu ayın ruhi və cismani savabından faydalanmaq üçün düzgün qidalanma rejiminə riayət etməlidirlər.

Bütün dünya müsəlmanları müqəddəs Ramazan ayında oruc tutmaqla yeyib-içməkdən çəkinirlər. Oruc tutmağın insanlar üçün  mənəvi, fiziki, ruhi və ictimai təsirləri çoxdur. Lakin insanlar bu ayın ruhi və cismani savabından faydalanmaq üçün düzgün qidalanma rejiminə riayət etməlidirlər. 
 
Tashaio.com İranın tibb elmləri doktoru, tədqiqatçı həkim Heydər Üzmayinin oruc tutanlara tövsiyyələrini təqdim edir: 
 
Gənclərdə oruc tutmağın əsasları
 
İnsanlar imsak və iftar vaxtı əsas yeməklərə (zülal tərkibli məhsullara,  süd məhsulları, meyvə və göyərtilərə) üstünlük verməlidir. Bundan əlavə, oructutanlar az susasınlar deyə, iftarla imsak arası 6-8  stəkan maye, xüsusilə də su içməlidirlər.
O, əlavə edərək dedi: Gənclərin oruc tutması onları ilahi təqvaya və nəfslərinin paklanmasına zəmin yaradır. Oruc tutmaq orqanizmin müxtəlif üzvlərinin təmizlənməsi ilə yanaşı, həm də həzm prosesinin və qara ciyərin təmizlənməsində rolu böyükdür.
Orqanizm ac qalarkən yığılıb qalmış piyləri istifadə etməklə qan damarlarının, həzm sisteminin və qaraciyərin təmizlənməsinə səbəb olur.
Oruc tutmaq bir çox xəstəliklərin, o cümlədən;  iflic və alzaymer xəstəliyinin qarşısını alır. Oruc tutmaq qan laxtalanması və qara ciyər piylənməsinin, eləcə də, ürək damar sisteminin tutulmasının qarşısını alır.
 
Müqəddəs Ramazan ayında çəkini azaltmaq
 
Həkim, təkid edərək söylədi: Əgər oructutanlar Ramazan ayında öz qidalarının növlərinə ciddi yanaşsalar, bu ayda öz çəkilərini azalda bilərlər. Lakin bəzi insanlar Ramazan ayından sonra kökəlmə və piylənməyə düçar olurlar. Tibb elmləri doktoru bunun səbəbini belə açıqladı. Şəkərli şirniyyatlar oructutanların çəkisinin artmasına və piylənməsinə səbəb olur. Ağır yeməklər, yağlı və qızardılmış qidalar da bu ayda arıqlamağın qarşısını alır.
 
H.Üzmayi tövsiyə edərək dedi: Oruc tutanların arasında belə bir söz var ki, əgər imsak və iftar vaxtı çox yesəniz, gün boyu susamaz və acmazsınız. Bu anlamın əksinə olaraq, insanlar bu ayda çox yeməkdən çəkinməlidirlər. Habelə, imsak vaxtı yağlı və duzlu yesəniz, gün boyu susuzluq, istilik və halsızlıqla rastlaşacaqsınız.
"Gənclər Ramazan ayında hətta bir neçə xurma və bir qədər su ilə olsa belə imsak etməlidirlər. Bəziləri isə elə düşünürlər ki, imsak yemədikdə arıqlaya bilərlər.
İftar üçün uyğun qidalar seçmək. Oructutanlar iftarda isti içkilərdən, o cümlədən; qaynar su, ya isti südlə iftar etməlidirlər. Çörək və halva, isti şorba və fìrni iftar üçün başqa yeməklərdən daha uyğundur."
 
Onun sözlərinə görə, oructutanlar iftar vaxtı buzlu su və sərinlədici şərbətlər (meyvə və qazlı suları kimi) içməkdən çəkinsinlər. Çünki bu içkilərdən istifadə mədənin soyuqlamasına və həzm sisteminin pozulmasına gətirib çıxarır.
 
H.Üzmayinin sözlərinə görə, oructutanlar həzm sisteminin pozulmasının qarşısını almaq üçün, çox soyuq qarpız kimi köpverici yeməklərdən çəkinsinlər. Qarpızı tumu ilə birlikdə, yaxud ağ hissəsi ilə qarışıq yemək mədə-bağırsaq pozulmasına səbəb olur. Soyuqdəyməsi olanlar bu meyvəni yedikdən sonra, yaxşı olar bir qədər bal yesinlər.
 
"Oructutanlar imsak və iftar vaxtı həddən artıq zulbiya və bamiya (şərbətli, xəmir qida) yeməkdən çəkinsinlər, hətta yemək tikələrini yaxşı çeynəsinlər. Oructutan şəxs yaxşı olar ki, şam yeməyindən bir saat sonra meyvə yesin. Bundan əlavə, iftarla şam  yeməyi arasında nanəli qatıq, dərəotu və şüyüd, salat, göyərti və təbii qidalardan meyl etsin; kişmiş, əncir, ərik yemək həzmə kömək edir."
 
Yaşlı oructutanlar üçün vacib tövsiyələr
Doktor Üzmayi tövsiyələrini belə davam etdi: Yaşlı insanlar yaş həddinə görə gənclərə nisbətən az enerjiyə və az yeməyə ehtiyac duyurlar. Lakin oruc tutmağa qüdrəti olan yaşlı şəxs kifayət qədər yemək yeməlidir.
 
Yaşlılar iftardan imsaka kimi tez-tez yemək yeməli, lakin yeməyin miqdarını azaltmalı, həddən artıq səkərli və nişastalı qidalardan çəkinməlidirlər. Həddən artıq qızardılmış, ədviyyatlı, (istiotlu,) yağlı və gec həzm olunan qidalardan yeməməlidirlər. Bu cür qidaları qəbul etmək mədənin turşumasına və ağırlığına səbəb olur. Yaşlı oructutanlar daha çox suda bişən (parda bişən) yeməklər yesinlər.
 
Kəpəkli çörəklər, göy noxud, göy lobya (təzə lobya), gavalı mədə-bağırsaq sistemini tənzimləyərək qəbizliyin qarşısını alır. Əlavə olaraq, böyrək daşı və böyrək xəstəliyi olan yaşlı şəxslər oruc tutmamışından əvvəl həkimə müraciət etsinlər, onların məsləhəti ilə oruc tutsunlar.
Üzmayi əlavə olaraq belə vurğuladı: Oructutanlar imsakdan dərhal sonra yatmasınlar. Təxminən 10 dəqiqə asta səkildə  gəzişsinlər. Habelə, süd məhsulları istifadə etsinlər. Pendiri nanə ilə birlikdə yemək, şüyüd, qoz və xurma yaşlı oructutanların gün ərzində kalsiumunu təmin edər.
Bütün dünya müsəlmanları müqəddəs Ramazan ayında oruc tutmaqla yeyib-içməkdən çəkinirlər. Oruc tutmağın insanlar üçün mənəvi, fiziki, ruhi və ictimai təsirləri çoxdur. Lakin insanlar bu ayın ruhi və cismani savabından faydalanmaq üçün düzgün qidalanma rejiminə riayət etməlidirlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-11-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap