header

 Hamiləlikdə oruc tutmaq olarmı?

Həkim məsləhəti və hökmü

Tövsiyə olunur ki, hamilə qadınlar hamiləliyin ilk üç ayında  oruc tutmasınlar. Çünki həmin dövrdə dölün beyni inkişaf halında olur və birbaşa ananın qlikozasına ehtiyacı var.
 
Tashaio.com "tebyan"a istinadla  Tehranın Şəriəti xəstəxanasının doğum şöbəsinin rəhbəri doktor Əşrəf Ali-Yasinin hamilə qadınlara məsləhətlərini təqdim edir.  
 
Həkim bildirir ki, hamiləliyin ilk üç ayında zülal  səviyyəsi artır, buna görə də zülal vasitəsilə qan metobolizması çoxalır. Bu proses dölün inkişafının qarşısını alaraq gələcək ciddi fəsadlara yol aça bilər. Həkimlər hamiləliyin ilk üç aylığında oruc tutmaq tövsiyə etməsələr də, üç aydan sonra ana fìziki cəhətdən sağlam olarsa, maye qəbul edib vitaminli və dənli qidalardan istifadə edərək oruc tuta bilər.
 
Onun sözlərinə görə, hamiləliyin ikinci və üçüncü üç aylığında, əgər qadın fìziki cəhətdən sağlam olarsa, xroniki xəstəlikləri olmazsa və sağlamlığına riayət edərsə, oruc tuta bilər. Amma iftar və imsak arasında çox maye qəbul edib, vitaminli, meyvə və dənli  qidalardan istifadə etsinlər.
 
"Bundan əlavə, şirniyat və şəkərli qidalar tövsiyə olunmur. Çünki hamiləlik dövründə diyabet xəstəliyinə yol aça bilər. Habelə zulbiya və bamiya kimi şərbətli qidalardan çəkinsinlər. Xurma və kişmiş də az istifadə etsinlər.  Üç aydan sonra oruc tutan hamilə qadınlar,  gün ərzində, gərək saat 12, 14, 16, 18 və 20 arası sidiyin zülal səviyyəsini yoxlasınlar. Əgər saat 12 ya 14-də sidiyin zülal səviyyəsi artarsa, oruc tutmamalıdırlar. Lakin saat 18 və 20-də zülalın yuxarı qalxması adi haldır və oruc tutmaq olar. Yaxşı olar ki, hamilə qadınlar hamiləliyin 36-cı həftəsindən o yana oruc tutmasınlar və kifayət qədər maye və qida qəbul edib doğum halını asanlaşdırsınlar."
 
 
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Hamilə qadının oruc tutması ilə bağlı sualı belə cavablandırıb: 
 
Sual: Əgər hamilə qadın orucun bətnindəki uşağa zərəri olub-olmadığını bilmirsə, oruc tutmaq ona vacibdirmi?
 
Cavab: Əgər orucun bətnindəki uşağa zərəri olacağından qorxsa və onun qorxusunun məntiqi əsası olsa, iftar etmək ona vacibdir. Əks təqdirdə, oruc tutması vacibdir.
Həkim məsləhəti və hökmü
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap