header

 İran nüvə razılaşmasının bəzi tələblərinin icrasını dayandırıb

İran bu gündən etibarən nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi tələblərinin icrasını dayandırıb.

İran bu gündən etibarən nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi tələblərinin icrasını dayandırıb.
 
Tashaio.com İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İran Milli Ali Şurasının bəyanatında bildirilir. 
 
Məlumata görə, İran hazırkı mərhələdə  zənginləşdirilmiş uranın və ağır suyun saxlanılmasına dair tətbiq olunan məhdudiyyətlərin icrası ilə bağlı öhdəlik daşımır.
 
Bəyanatda Hərtərəfli Birgə Fəaliyyət Planını imzalayan ölkələrə sazişə əsasən bank və  neft sahəsində üzərilərinə götürdükləri öhdəlikləri icra etmək üçün 60 gün vaxt verilir.
 
Bəyanatda  həmçinin vurğulanır ki, İranın tələbləri təmin olunacağı təqdirdə icrasını dayandırdığı öhdəliklərə əməl etməyə davam edəcək. Bəyanatda İranın bu günədək tərəflər arasında əldə olunmuş razılaşmaya əməl etdiyi, amma ABŞ-ın sazişi tərk etməsindən sonra digər ölkələrin öz öhdəliklərinin icrasını dayandırdığı bildirilir.
 
Vurğulanır ki, ABŞ-ın həmin ölkələrə hədə-qorxusu və təzyiqi səbəb olub ki, sazişdə qeyd olunan öhdəçiliklər yerinə yetirilməsin. Bu səbəbdən İran öz növbəsində sazişdə göstərilən bəzi öhdəçilikləri yerinə yetirməkdən imtina edir.
 
İranın bu addımı sazişdən çıxmaq yox, elə sazişin iki maddəsinə əsasən atılır. Belə ki, həmin maddələrdə tərəflərdən kimsə sazişə əməl etmədiyi təqdirdə qarşı tərəf qismən yaxud tam olaraq sazişdəki öhdəçilikləri yerinə yetirməməyə hüququ çatır.
 
Qeyd edək ki, İran bu bəyanatı 4+1 ölkələrinin  (Almaniya, İngiltərə, Çin, Rusiya və Fransa) səfirlərinə və  Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə təqdim edib.

 

İran bu gündən etibarən nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi tələblərinin icrasını dayandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-08-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap