İsveç müsəlmanları yeni məscid tikmək istəyir
Posted on :
Digər sahələr
05/08/2019
İsveç Vaxjo şəhərində müsəlmanların sayının əhəmiyyətli dərəcədə artımısını nəzərə alaraq, şəhərdə 1000 nəfərlik böyük bir məscid tikmək planlaşdırılır.
İsveç Vaxjo şəhərində müsəlmanların sayının əhəmiyyətli dərəcədə artımısını nəzərə alaraq, şəhərdə 1000 nəfərlik böyük bir məscid tikmək planlaşdırılır.
Tashaio.com İQNA-a istinadən xəbər verir ki, bunu Vaxjo şəhər məscdinin imamı İsmail Abdullah deyib.
O bildirib ki, ilk məscid 15 il əvvəl tikilib və şəhərdə müsəlmanların sayı artıb. “Fitir və Qurban bayralarında ibadət üçün məscidə gələn insanların sayı 2 mindən çox olur. Məscid kiçik olduğu üçün ibadət edənlər ətraf park və küçədə namaz qılmağa məcbur olur”.
O deyib ki, yeni məscid ənənəvi və müasir üslubda inşa ediləcək. “Məscidin inşası üçün İsveç hökumətinə müraciət olunub. Razılıq alındıqdan sonra məscidin 2025-ci ilədək tikilməsi planlaşdırılır.”