header

 İşğalçı İsrail rejimi atəşkəs haqqında sazişi imzalamağa məcbur oldu

Fələstin müqavimət qüvvələrinin atəşkəs sazişini pozan İsrail rejim qüvvələrinin hücumlarına cavab olaraq, sionist qəsəbələrini bombalaması bu rejimi atəşkəs haqqında saziş imzalamağa məcbur etdi.

Fələstin müqavimət qüvvələrinin atəşkəs sazişini pozan İsrail rejim qüvvələrinin hücumlarına cavab olaraq, sionist qəsəbələrini bombalaması bu rejimi atəşkəs haqqında saziş imzalamağa məcbur etdi. 
 
Tashaio.com xarici KİV-ə istinadən məlumat verir ki,  bu haqda məlumatı Fələstinli mənbə təsdiqləyib. 
 
Mənbə bildirib: "Atəşkəs haqqında saziş Misirin və BMT-nin vasitəçiliyi ilə əldə olunub və bazar ertəsi günü 04:30-dan qüvvəyə minəcək".
 
Bundan öncə Misirin atəşkəs təklifi İsrail rejimi tərəfindən qəbul olunmamışdı. 
 
Qeyd edək ki, işğalçı İsrail rejim qüvvələri baş nazir Binyamin Netanyahunun əmri ilə şənbə günü atəşkəs rejimini pozaraq Qəzzaya geniş hücum edib.  Hava, quru və dənizdən edilən hücumlar nəticəsində içərisində 1 hamilə qadın,  14 aylıq körpə də olan ən az 25 fələstinli şəhid oldu. 100-dən çox fələstinli yaralandı. 
 
Sionist rejimin Qəzza zolağına amansız hücumlarına cavab olaraq Fələstin Müqavimət Qurupları 48 saat ərzində  sionist qəsəbələrinə  misli görünməmiş raket hücumları təşkil etdi.  Belə ki,  bu müddət ərzində 600-dən çox  raket işğal olunmuş ərazilərində yerləşən sionist qəsəbələrinə atıldı.  İsrail mənbələrinin məlumatına görə, Müqavimət Qüvvələrinin  cavab hücumları olaraq atdığı raket hücumları nəticəsində 5 qəsəbə sakini ölüb, çox sayda yaralı var.
 
Xatırladaq ki,  İslami Cihad Hərəkatının  hərbi qanadı  “Sürəyya əl-Qüds”  elan edib ki, İsrailin Qəzzaya hücumuna cavab olaraq ilk dəfə  “bədr3” tipli raketlərdən istifadə edib. 
 
Fələstin müqavimət qüvvələrinin atəşkəs sazişini pozan İsrail rejim qüvvələrinin hücumlarına cavab olaraq, sionist qəsəbələrini bombalaması bu rejimi atəşkəs haqqında saziş imzalamağa məcbur etdi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-06-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap