header

 İlk dəfə oructutan azyaşlı yeniyetmələr nə yeməli, necə qidalanmalıdırlar?

Məlum olduğu kimi, ilk dəfə oruc tutmağa başlayan çoxlu sayda oğlan və qızlara isti hava günlərində oruc tutmaq çox çətindir. Xüsusilə, ilk dəfə oruc tutanlar bəzi yeməklərlə qidalanmalıdırlar ki, isti günlərdə oruc tutmaqla öz sağlamlıqlarını təhlükə altına salmasınlar.

Məlum olduğu kimi, ilk dəfə oruc tutmağa başlayan çoxlu sayda oğlan və qızlara isti hava günlərində oruc tutmaq çox çətindir. Xüsusilə, ilk dəfə oruc tutanlar bəzi yeməklərlə qidalanmalıdırlar ki, isti günlərdə oruc tutmaqla öz sağlamlıqlarını təhlükə altına salmasınlar.

Oruc haqqında çoxlu araşdırmalar sayəsində belə qənaətə gəlmək olar ki, oruc tutmaq orqanizmdəki artıq piylərin əriməsinə, qanda olan artıq triqliseridlərin təmizlənməsinə, xolestrol səviyyəsinin azalmasına və immun sisteminin aktivləşməsinə səbəb olur. Lakin ən əsası Ramazan ayında gənc oructutanlar öz qidalarına fikir verməlidirlər.

Tashaio.com “Tebyan” saytına istinadən Oructutan azyaşlı yeniyetmələr üçün faydalı tövsiyyələri təqdim edir:

 İmsak yemək lazımdır. Çünki imsak yemədikdə gün ərzində qan təzyiqinin aşağı düşməsinə və kəskin zərifliyə səbəb olur.

Həmçinin yeniyetmələr inkişaf dövründə olduqları üçün bu beş növ qidalardan istifadə etmələri daha yaxşı olar.

Çörək, taxıl (çörək və dənli qidalar), meyvələr, göyərti, ət və zülal (ət və ət məhsulları), süd və süd məhsulları.

İlk dəfə oructutanlar necə qidalanmalıdırlar?

İlk dəfə oructutanlar çox çay içməkdən çəkinməlidirlər. Çünki çox çay içmək orqanizmdən yüksək səviyyədə mineral duzlarının çıxmasına və insanın həzm sisteminin pozulmasına səbəb olur.

Həmçinin yeniyetmələr, iftarla imsak arasında çox yeməkdən çəkinməlidirlər. Yalnız onların inkişafına lazım olan qidalardan istifadə etməlidirlər.

İlk dəfə oructutanlar bunları bilməlidirlər

Yaxşı olar, iftarı isti mayelərlə, isti süd və ya su ilə açsınlar ki, mədə qida qəbul etməyə hazır olsun.

Çox verilən suallardan biri

Gecəyarı yuxudan durub imsak yemək əvəzində, axşam yeməyini gecə yarısına kimi yeyib və imsak yeməsək olarmı?

Bu suala belə cavab vermək olar: Oruc saatlarının uzunluğuna diqqət etməklə yanaşı, xüsusilə, iftardan əvvəl şəkərin düşməsi və təzyiqin qalxmasının qarşısını imsak yeməklə alınır.

Elə fikirləşməyin ki, bir dəfə iftar yeməklə, hətta iftardan sonra gecə yarısına kimi yemək, artıq imsak yeməyinə ehtiyacı aradan qaldırır. Əgər, imsak yeməsəniz orqanizminiz zəifləyəcək və acacaqsınız.

İmsak yeməyini nahar yeməyi kimi nəzərə alın. Yəni imsakı yaxşı yemək bədənin zəifləməməsinə səbəb olur. Siz yüngül iftardan sonra hökmən ayrıca imsak da yeməlisiniz.

Uzun müddət ac qaldığınıza görə, imsak yemədiyiniz təqdirdə, orqanizminiz aclıq vəziyyətinə düşüb, lazım olan metabolizma və enerji toplamaq üçün orqanizmdəki maddələr mübadiləsini zədələyəcək. O cümlədən, bu maddələr mübadiləsi qaraciyərdə olan şəkərdir.Orqanizm lazımi qədər enerjini toplamaq üçün bundan istifadə edir.

İmsak yeməmək orqanizminiz üçün çox zərərlidir. Onlardan biri də metobolik (mədə-bağırsaq) xəstəliyinə yol açır.  Ona görə imsak yemək çox vacibdir.

Gün ərzində ən azı 8 saat yatın

Məktəb imtahanları ilə müqəddəs Ramazan ayı üst-üstə düşdüyü üçün, uşaqlar və yeniyetmələr kifayət qədər istirahət etməlidirlər ki, həm ilin sonunda imtahanlardan yaxşı nəticə əldə etsinlər, həm də ibadətlərini yerinə yetirməyi unutmasınlar.

Gün ərzində kifayət qədər yatmaq, ilk dəfə oructutanlar üçün imsaka durmağı asanlaşdırar və gün ərzində zəiflik hiss etməzlər.

İftar və imsak arasındakı qısa fasilədə nə etmək lazımdır?

İlk dəfə oructutanlar (yeniyetmələr) inkişaf dövründə olduqları və uzun müddət ac qalmağa adət etmədikləri üçün, imsak yeməyə ciddi yanaşmalıdırlar. Çünki imsak yemədikdə, gün ərzində enerjiləri azalacaq və hətta günü başa vurmaqda çətinliklərlə üzləşəcəklər. Bundan əlavə, iftarla imsakın arasındakı qısa fasiləyə diqqət yetirməklə yanaşı, iftara kimi ac qalmaqlarına rəğmən, iftarda çox yemək olmaz. Mədə qida qəbuluna hazır olsun deyə iftarı səhər yeməyinə oxşar qidalarla yemək və bir saat yarımdan sonra şam yeməyi yemək lazımdır. Əlavə olaraq, imsak yeməyini nahar yeməyinə oxşar yemək lazımdır. İmsak vaxtı hökmən salat, göyərti qəbul etmək lazımdır ki, bu qidalarda olan maddələr insanın gec susamağına səbəb olur.

Valideynlərə bir tövsiyəmiz də var. O da budur ki, yeniyetmələr yemək yeməyə çox həvəsli deyillər, başqa sözlə, iştahsızdırlar. Təklif edirik ki, onların sevdiyi yeməkləri bişirsinlər. Həm diqqətlərini cəlb etsinlər, həm də yemək zövqlərini bilmiş olacaqlar.

Əgər Ramazan ayında çox zəifləyərsinizsə, yaxşı olar, bu halı özünüzdən uzaqlaşdırmaq üçün bəzi çarə yollarını sınayasınız.

Ramazan ayında uzun müddət oruc olduğunuza görə halsızlıq ehtimalı daha çoxdur. Bu halsızlığın səbəblərindən biri, qida qəbulunda təzə rejimə keçməyinizdir. Bu da yeni yemək saatlarına görə olur ki, yavaş-yavaş təzə rejimə adət etdikcə halsızlıq azalır.

Bundan əlavə, bəziləri imsak yeməyə adət etmədikləri üçün, gecənin sonunda bir dəfə yemək yeyirlər. Həmçinin kifayət qədər 8-12 stəkan maye qəbul etmədikdə, oruc insanın halsızlığına səbəb olur.

Oruc olan şəxs həddən artıq zəif və halsız olarsa, iftardan sonra vitamin kimi gücləndirici dərmanlardan istifadə edə bilərlər. Eləcə də, Ramazan ayında halsızlığın qarşısını almaq üçün, sadə qəndlərin, qənd və şəkər tozunun istifadəsini azaldın, onun yerinə karbohidratlardan, üyüdülmüş cörək, düyü, makaron kimi qidalardan istifadə edin. Əlbəttə, oructutanlar get-gedə uzun müddət oruc qalmağa və havanın istiliyinə öyrəşər, orqanizmləri səhər və nahar yeməməyə adət edər, bunu imsak və iftar yeməyi ilə əvəz edərlər.

Məlum olduğu kimi, ilk dəfə oruc tutmağa başlayan çoxlu sayda oğlan və qızlara isti hava günlərində oruc tutmaq çox çətindir. Xüsusilə, ilk dəfə oruc tutanlar bəzi yeməklərlə qidalanmalıdırlar ki, isti günlərdə oruc tutmaqla öz sağlamlıqlarını təhlükə altına salmasınlar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-06-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap