header

 İsrail əsgərləri dinc aksiya keçirən fələstinlilərə atəş açdı: 3 fələstinli şəhid oldu

Dünən cümə günü ilə əlaqədar Qəzzada daha bir dəfə Böyük Qayıdış yürüşü keçirilib.

Dünən cümə günü ilə əlaqədar Qəzzada daha bir dəfə Böyük Qayıdış yürüşü keçirilib. 
 
Tashaio.com “RİA Novosti”-ə istinadla xəbər verir ki, Qəzzanı ayıran blokada sərhədinin qarşı tərəfində Fələstinin işğal olunmuş ərazisində mövqe tutmuş işğalçı İsrail ordusu dinc nümayişçiləri intensiv atəşə tutub.
 
Yürüş iştirakçılarına odlu silahlardan və qaz bombaları ilə açılmış atəş nəticəsində 3 fələstinli şəhid olub, 50- dən çox  fələstinli isə  yaralanıb.
 
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf  əl-Qidra məlumat verib.
 
Onun sözlərinə  yaralılardan  10-u uşaq, 3-ü  tibb işçisi,  2-si qadın və 1- i isə  jurnalistdir. 
 
Yaralıların bəzisinin durumu ağırdır. 
 
Bildirək ki, 2018-ci ilin 30 mart tarixindən başlamış Böyük Qayıdış yürüşlərində mənbələrin yazdığına görə bugünədək 300  nəfərə yaxın fələstinli həyatını itirib, 30 mindən çox insan  yaralanıb. Yaralılardan 500 nəfərin vəziyyəti ağırdır.
 
Qeyd edək ki,   işğalçı İsrail rejim qüvvələrinin cümə günü blokadada olan Qəzzanın mərkəzi rayonuna endirdiyi hava zərbələri nəticəsində iki fələstinli həyatını itirib, 3 nəfər isə yaralanıb. 
Dünən cümə günü ilə əlaqədar Qəzzada daha bir dəfə Böyük Qayıdış yürüşü keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-04-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap