header

 Ramazan ayında ABŞ-da ibadətgahlara qarşı təhlükəsizlik gücləndiriləcək

Ramazan ayı münasibətilə ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında məscid və ibadətgahlara qarşı təhlükəsizlik tədbirlərinin artırılacağı bildirilib.

Ramazan ayı münasibətilə ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında məscid və ibadətgahlara qarşı təhlükəsizlik tədbirlərinin artırılacağı bildirilib.

 

Tashaio.com Anadolu-ya istinadən xəbər verir ki, Nyu-Yorkun meri Endryu Kuomo açıqlama verərək, Ramazan ayının başlanması münasibətilə Nyu-York şəhər polisindən ibadətgahlara qarşı təhlükəsizliyin artırılmasını istədiyini açıqlayıb.

 

“Ölkə daxilində və xaricində son vaxtlar ibadətgahlara qarşı şiddət hadisələrinə görə, ştatın polisini bu həftənin sonu ətrafdakı ibadətgahlarda təhlükəsizliyi artırması üçün vəzifələndirirəm”, - deyə Kuomo bildirib.

 

Şri-Lankada kilsə və Kaliforniyada sinaqoq hücumlarından sonra, bu qərarı verdiyini bildirən Kuomo, belə deyib: “Nyu-yorkluların təhlükəsizliyini və güvənliyini təmin etmək və dini ifadə haqqını müdafiə etmək üçün lazım olan bütün tədbirləri görəcəyik”.

 

Rəsmilər Nyu-Cersi ştatının Bergen bölgəsində də Ramazan ayı ilə birlikdə məscidlərdə təhlükəsizliyi artıracaqlarını qeyd edib.

 

Bergen şerifi Entoni Kureton mediaya, Ramazan ayı boyunca profilaktik baxımından daha fəal olacaqlarını bildirərək, belə danışıb: “Biz sadəcə insanların küçədə yox, ibadətgahlarda da təhlükəsizlikdə olmasını istəyirik. Dini qurumlar ətrafındakı keşikçiləri artırdıq”.

Ramazan ayı münasibətilə ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında məscid və ibadətgahlara qarşı təhlükəsizlik tədbirlərinin artırılacağı bildirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap