header

 Suluk yolunda bir şey əldə etmişəmsə... – Ayətullah Noxudəkinin bizlərə tövsiyələri

İslam dininin ən böyük alimlərindən olan və İmam Zaman ağanın (ə) xüsusi inayətini qazanan alimlərdən biri də Ayətullah Həsənəli Noxudəki olmuşdur.

İslam dininin ən böyük alimlərindən olan və İmam Zaman ağanın (ə) xüsusi inayətini qazanan alimlərdən biri də Ayətullah Həsənəli Noxudəki olmuşdur. Kəramət sahibi olan bu böyük alimin bizlərə tövsiyələri olmuşdur ki, onlarla tanış olaq:

 

“1. Allah bəndəsinin gecə zamanı edə biləcəyi ən böyük ibadət – təfəkkürdür. İnsan əvvəl hansı mövzu haqqında təfəkkür edəcəyini müəyyən etməli və sonra o haqda düşünməlidir.

 

2. İnsan hər nə qədər alim olarsa, məsuliyyəti də bir o qədər artar. Ona görə də alimlərin vəzifəsi adi insanların məsuliyyətindən daha çoxdur.

 

3. Nəfsini bu fani dünyadan üstün tut ki, bu dünya davamlı deyildir. Ondan uzaq durmaq sənin üçün yaxşıdır. O kəslərdən olma ki, Allah ona uca məqam əta etmişdir, ancaq o, davamlı olaraq alçaq şeyləri istəyər”.

 

Alim son nəfəsində oğluna belə vəsiyyət edir: “Bu dünyadan azuqə yığmaq üçün təqvadan başqası yoxdur. Əgər təqvan olmasa, bu yolda mücahidə etməyinin mənası olmaz. Ziyandan başqa səmərə əldə etməzsən. Nəticədə də Allahdan uzaqlaşarsan. İmam Səccad (ə) buyurmuşdur: “Əgər insan günün dördə birini özünü islahla məşğul olar, ancaq bir sübh namazını qəza edərsə, nəticədə o dördə bir zaman bada gedər”.

 

Bil ki, bütün ömrüm boyu ancaq bir sübh namazım qəza olmuşdur, oğul övladımı o günün axşamında əldən vermişəm. Səhər çağı mənə dedilər ki, bu itkin – sübh namazını qəza etdiyin üçün olmuşdur. O gündən sonra o zaman ki, gecə ibadətini tərk edərdim, o gecənin səhəri bəlanı gözləyərdim.

 

Bil ki, məkruh işlər görmək Allah bəndəsinin məqamını alçaldar. Əksinə, müstəhəb əməllər məqamını yüksəldər.

 

Bil ki, əgər suluk yolunda bir şey əldə etmişəmsə, gecə oyaq qalmağıma, müstəhəb əməllərə əməl etmək və məkruhlardan çəkinməyimə görə olmuşdur. Ancaq bu əməllərin ruhu – Həzrət Peyğəmbərə (s) edilən ən kiçik xidmətdir.

 

İndi oğlum, sənə bir neçə şeyi vəsiyyət edəcəyəm ki, onlara əməl edəsən:

 

1. Vacib namazlarını əvvəl vaxtında yerinə yetir.

 

2. İnsanların hacətini yerinə yetirmək üçün bacardığın qədər səy göstər və heç bir zaman düşünmə ki, filan iş böyükdür və mənim əlimdən gəlməz. Çünki əgər bəndə Allah yoluna qədəm basarsa, Allah ona yardım edəcəkdir.

 

3. Seyidlərə çox hörmət et və onları möhtərəm tut. Hər nəyin varsa, onların yolunda xərclə. Əgər yoxsul olsan, artıq boynuna vəzifə düşməz.

 

4. Gecə ibadətdən qafil olma və təqvalı ol”. (Həvzəh)

 

Allah Təala bizlərə bu tövsiyələrə əməl etməyi inayət etsin!

İslam dininin ən böyük alimlərindən olan və İmam Zaman ağanın (ə) xüsusi inayətini qazanan alimlərdən biri də Ayətullah Həsənəli Noxudəki olmuşdur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap