header

 İranın Mədəniyyət və İslam əlaqələri üzrə naziri Bakıda sәfәrdәdir

İranın Mədəniyyət və İslam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman Bakıda sәfәrdәdir.

İranın Mədəniyyət və İslam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman Bakıda sәfәrdәdir.

Bu barәdә FaktXəbər-ə İranın Azәrbaycandakı sәfirliyindən məlumat verilib.

Sәfәrin mәqsәdi 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmәkdir.

Qeyd edək ki, forumda Qana Respublikasının Xarici İşlər naziri Şirli Botçvey, Uruqvayın Xarici İşlər naziri Rodolfo Nin Novoa, Qambiyanın Xarici İşlər naziri Mamadou Tanqara, Monteneqronun Mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının Mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin Mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının Mədəniyyət və İslam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin İnformasiya və Gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhociç, Myanmanın Təhsil naziri Myo Thein Gyi iştirak etmək üçün ölkəmizə səfər edəcək.

Bundan əlavə, forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edəcəkdir. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayimlanacaq.

2-3 may tarixində baş tutacaq tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur.

İranın Mədəniyyət və İslam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman Bakıda sәfәrdәdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-30-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap