header

 İranın baş qərargah rəisi: “ABŞ gəmiləri SEPAH-ın sorğularına cavab verir”

Tədbirlərdən birinin fasiləsində jurnalistlərin Hörmüz boğazı ilə bağlı suallarını cavablandıran İranın baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri, Hörmüz boğazının təhlükəsizliyini təmin etməyin İran silahlı qüvvələrinin vəzifəsi olduğunu, İranın bu boğazın açıq saxlanılmasının tərəfdarı olduğunu bildirib.

Tashaio.com Mehrə istinadən xəbər verir ki, general-mayor Məhəmməd Baqiri açıqlamasında bunları deyib: “Əvvəllər də qeyd olunduğu kimi, başqa ölkələrin məhsulları və nefti bu boğazdan keçdiyi kimi, İran məhsulları və nefti də bu boğazdan keçməlidir. Əgər kimsə Hörmüz boğazının təhlükəsizliyini pozmağa cəhd etsə, mütləq İranın reaksiyası ilə qarşılaşacaq”.

Baqiri sözlərinin davamında isə bunları qeyd edib: “Əgər İran nefti bu boğazdan keçməyəcəksə, başqa heç bir tərəfin nefti də bu boğazdan keçə bilməz. ABŞ-ın terrorçu ordusuna aid döyüş gəmiləri də Hörmüz boğazını keçmək üçün SEPAH-ın sorğularına cavab verməyə məcburdur. Belə ki, indiyə qədər bu prosedurada hər hansı bir dəyişiklik baş vermədiyinə şahidik”.

Tədbirlərdən birinin fasiləsində jurnalistlərin Hörmüz boğazı ilə bağlı suallarını cavablandıran İranın baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri, Hörmüz boğazının təhlükəsizliyini təmin etməyin İran silahlı qüvvələrinin vəzifəsi olduğunu, İranın bu boğazın açıq saxlanılmasının tərəfdarı olduğunu bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-30-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap